/ / “Jewish Press” informasiya agentliyi Ermənistanda hökm sürən faşizm və antisemitizm barədə məqalə yayıb
“Jewish Press” informasiya agentliyi Ermənistanda hökm sürən faşizm və antisemitizm barədə məqalə yayıb
16.03.2021 [09:52]
ABŞ-da fəaliyyət göstərən nüfuzlu “Jewish Press” informasiya agentliyi israilli siyasi analitik Rahel Avraamın “Ermənistanda baş verən son dəyişikliklərə baxmayaraq, ölkədə faşizm və antisemitizm hökm sürür” sərlövhəli məqaləsini yayıb.
Müəllif yazır ki, martın əvvəlində İsrailin “HaYom” qəzetində dərc olunmuş bir məqaləsində amerikalı jurnalist Patrik Lankasterin Ermənistanın paytaxtı İrəvan şəhərinin Respublika meydanında millətçi bir təşkilatı təmsil edən erməni ilə ünsiyyətdə olması və həmin erməninin öz antisemitizm fikirlərini onunla bölüşməsi barədə məlumat verib. Ermənistan vətəndaşı sosial şəbəkələrdə paylaşılmış həmin səs yazısında Svastikanın Hind-Avropa ari xalqlarının simvolu olduğunu, Hitlerin yəhudiləri təhrikçiliklə məşğul olduqları və təhlükəli millət hesab etdiyi üçün öldürdüyünü bildirib.
Müəllif ABŞ-ın Antidefamasiya Liqasının 2014-cü ildə keçirdiyi sorğuya istinad edərək, Ermənistan əhalisinin 90 faizinin Holokost faciəsinin baş verdiyini təsdiqlədiyini, ancaq ermənilərin 58 faizində antisemitizm meyillərinin və yəhudilər barədə mənfi rəyin mövcud olduğunu bildirib. İsrailli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut “Jewish Press” informasiya agentliyinə müsahibəsində İsrailin Diaspor Məsələləri Nazirliyinin son antisemitizm hesabatına əsasən İkinci Qarabağ müharibəsindən bəri Ermənistanda antisemitizm meyillərinin artmasının müşahidə olunduğunu deyib. “Monoetnik dövlət olan Ermənistanda antisemitizm və millətçilik dalğasının getdikcə artdığı müşahidə olunur. Son günlərdə İrəvandakı Holokost qurbanlarının xatirəsinə ucaldılmış memoriala qarşı vandalizm aktı törədilib, İsrail ilə Ermənistan arasındakı dostluq münasibətlərinin şərəfinə ucaldılmış digər bir abidə isə təhqir olunub”, - deyə Arye Qut bildirib. Ekspert antisemitizmin və neonasizmin populyarlaşdırılmasının Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildiyini və faşist ideologiyasının “njdeizm” adı altında Ermənistanın təhsil müəssisələrinin proqramına daxil edildiyini vurğulayıb. Arye Qut onu da bildirib ki, 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşiliklər nəticəsində minə yaxın Azərbaycan vətəndaşı öldürülüb, qadınlar, uşaqlar və qocalar ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətə məruz qalıblar.
Ekspert, həmçinin qeyd edir ki, Ermənistan İsrailin Cənubi Qafqazdakı strateji tərəfdaşının məhz Azərbaycan olduğunu qəbul edə bilmir.
Xəbər lenti
Hamısına baxHadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59

