Bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımı erməni vandalizminin növbəti nümunəsidir
26.02.2021 [09:13]
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə, Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür
Əzəli Azərbaycan torpaqlarında məskunlaşan ermənilər tarixboyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Onlar uydurduqları “böyük Ermənistan” mifini reallaşdırmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə xalqımız dörd dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər sırasında 29 il bundan əvvəl - 1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyev ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qazandığımız Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında işğalçı Ermənistanın 1988-1993-cü illərdə dövlət səviyyəsində müstəqil respublikamıza qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasətini, xalqımıza qarşı törədilən müharibə cinayətlərini qətiyyətlə pisləyib. “1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımını törətmişdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xocalı faciəsi ermənilərin törətdikləri çoxsaylı müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir
Son 30 ildə Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistan saysız-hesabsız müharibə cinayətləri törədib. Məkrli düşmən üç onillik ərzində öz nəzarətində saxladığı ərazilərimizdə bir vaxtlar çiçəklənən şəhər və kəndlərimizi, çoxsaylı mədəniyyət abidələrimizi dağıdaraq yerlə-yeksan edib. Ümumiyyətlə, artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, görərik ki, Ermənistanın hərbi birləşmələri heç vaxt Silahlı Qüvvələrimizlə açıq döyüşlərdə hər hansı bir uğura imza atmayıblar. Mənfur düşmən öz niyyətinə çatmaq üçün daim təxribatlara əl atıb, şəhər və kəndləri atəşə tutub, dinc insanları qətlə yetirib. Üstündən 29 il ötən Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında Xocalı faciəsini misli görünməmiş vəhşilik kimi səciyyələndirərək deyib: “Xocalıda ermənilər tərəfindən 63 uşaq, 106 qadın öldürülmüşdür. Bu, misli görünməmiş vəhşilikdir”.
Xocalı faciəsinin və ermənilərin törətdikləri digər vandalizm əməllərinin qisası Vətən müharibəsi zamanı alındı
“İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır”. Bu fikirləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ifadə edib. Onun ən böyük arzularından biri torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı idi. Yeri gəlmişkən, 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı Xocalı faciəsinə hüquqi-siyasi qiymət vermədi. AXC-”Müsavat” iqtidarı özünü elə aparırdı ki, sanki məmləkətimizdə belə bir faciə yaşanmamışdı. Bu, yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra mümkün oldu. Ulu Öndərin təşəbbüsü ilə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, faciəyə hüquqi-siyasi qiymət verildi, 26 Fevral - Xocalı Soyqırımı Günü elan edildi.
Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı istəyini, vəsiyyətini isə Onun layiqli siyasi varisi Prezident İlham Əliyev həyata keçirdi. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz bütün əməliyyatları uğurla həyata keçirdi və düşməni diz çökdürdü. Hərbi birləşmələri tamamilə darmadağın edilən işğalçı Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin edildi.
Onu da vurğulamaq yerinə düşər ki, əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Vətən müharibəsi zamanı məhv edildi. Zamanında Xocalıda qətliamlar törədən, sonradan Ermənistanın müdafiə naziri vəzifəsinə yüksələn Serj Ohanyanın bu dəfə müharibənin gedişinə hər hansı bir təsir göstərmək istəyi baş tutmadı və o, canını qurtarmaq üçün Dağlıq Qarabağdan Ermənistana qayıtmaq məcburiyyətində qaldı. Bundan başqa, Xocalıda əli azərbaycanlıların qanına batmış Ermənistan parlamentinin sabiq deputatı Rüstəm Qasparyan və onun oğlu cəhənnəmə vasil oldular. Beləliklə, Xocalı faciəsinin və ermənilərin törətdikləri digər vandalizm əməllərinin qisası artıqlaması ilə alındı.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir
Azərbaycan Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparır. Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin transmilli media qurumlarına verdiyi çoxsaylı müsahibələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Xüsusilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin öz müsbət nəticəsini verdiyini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə, Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür. Dövlətimizin başçısı vurğulayıb: “Xocalıya ədalət!” kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu, bizim diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyimizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu proses davam etdirilir”.
Qeyd edək ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Hersoqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

