/ / Azərbaycanlı mütəxəssislər Ermənistan həkimlərinin “The Lancet” jurnalındakı yalanlarını ifşa ediblər
Azərbaycanlı mütəxəssislər Ermənistan həkimlərinin “The Lancet” jurnalındakı yalanlarını ifşa ediblər
18.02.2021 [08:56]
Nüfuzlu “The Lancet” tibb jurnalında bir qrup azərbaycanlı mütəxəssisin Ermənistan həkimlərinin yalanlarını ifşa edən məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, erməni mütəxəssis Airazat Kazaryan və onun həmkarlarının son Qarabağ müharibəsi zamanı Ermənistanda COVID-19 virusundan ölənlərin sayının artmasının müharibə ilə əlaqəli olması barədə fikirlərini azərbaycanlı mütəxəssislər manipulyasiya adlandırıb və erməniləri elmi siyasiləşdirməməyə çağırıblar.
Məqalədə qeyd edilib ki, 2020-ci il sentyabr ayının əvvəllərindən bəri dünyada COVID-19 infeksiyasının sürətlə artmasının səbəbləri sırasında soyuq hava, nisbi rütubətin aşağı olması, insanların daha çox qapalı məkanlarda toplaşması, eləcə də müəssisələrin və məktəblərin yenidən açılması kimi amillər yer alır. Baxmayaraq ki, Ermənistanla Azərbaycan arasında yaşanan hərbi qarşıdurma da yoluxmanın artmasına səbəb ola bilərdi, ancaq yoluxma sayında gündəlik artım münaqişəsinin kəskinləşməsindən əvvəl də müşahidə edilirdi. Yoluxmanın sayında belə bir artım Azərbaycan və Ermənistanla qonşu olan və bu münaqişədə iştirak etməyən Gürcüstanda da müşahidə olunurdu.
Azərbaycanlı mütəxəssislər məqalədə, həmçinin Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurmanın tarixi ilə bağlı Kazaryan və onun həmkarları tərəfindən irəli sürülən bəzi iddialara da aydınlıq gətirirlər. Bildirilir ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağı işğal edib və işğal olunmuş ərazilərdəki əhali etnik təmizlənməyə məruz qalıb. Yazıda münaqişənin başlandığı 1980-ci illərin sonundan indiyədək 1 milyondan çox azərbaycanlının böyük humanitar fəlakətlə üzləşdiyi və öz ata-baba yurdlarından didərgin düşdüyü qeyd edilir. Məqalədə, həmçinin beynəlxalq vasitəçilərin iştirakı ilə 30 ilə yaxın davam edən danışıqlara baxmayaraq, sülh razılaşmasının əldə olunmadığı, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin (822, 853, 874, 884) qəbul edilməsinə baxmayaraq, həmin qətnamələrin icra olunmadığı vurğulanır.
Kazaryan və onun həmkarları son döyüşlər zamanı Ermənistan tərəfindən mülki şəxslərin öldürülməsindən bəhs edirlər. Ancaq onlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın döyüş zonasından çox uzaqda sıx məskunlaşmış şəhər və ucqar kəndlərinə qarşı həyata keçirdiyi hücumlar nəticəsində 94 nəfərin həlak olması, 414 mülki şəxsin xəsarət alması barədə yazmağı “unudublar”. Ermənistan silahlı qüvvələri bu hücumlar zamanı hətta ağır artilleriya, qadağan edilmiş çoxlu döyüş sursatlarından və uzaqmənzilli raketlərdən istifadə edib.
Azərbaycanlı mütəxəssislər 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış, döyüş əməliyyatlarının dayandırılması, beynəlxalq hüququn bərpası və Ermənistan silahlı qoşunlarının işğal olunmuş torpaqlardan geri çəkilməsinə ilə nəticələnən atəşkəs bəyanatını alqışlayırlar. “Səhiyyə işçiləri olaraq bizim hamımızı bəşəriyyət tərəfindən qəbul olunmuş insan hüquqları və insan həyatının dəyərinə olan inam birləşdirir. Elmi siyasi məqsədlər üçün istifadə etməyərək hamımız sülhü təşviq etməli və hərbi münaqişələrin qarşısını almağa çalışmalıyıq”, - deyə məqalədə qeyd edilir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

