/ / Hikmət Babaoğlu: Azərbaycan çox qısa zamanda ərazi bütövlüyünü bərpa etdiyi kimi, böyük qayıdışı da tezliklə təmin edəcək
Hikmət Babaoğlu: Azərbaycan çox qısa zamanda ərazi bütövlüyünü bərpa etdiyi kimi, böyük qayıdışı da tezliklə təmin edəcək
16.02.2021 [09:27]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri Böyük Qayıdışın ilkin addımları kimi qiymətləndirilə bilər. Əgər biz bu vaxta qədər işğaldan azad olunmuş torpaqlarımızda, sadəcə, Azərbaycan bayrağının qaldırılmasının qürurunu yaşayırdıqsa, Prezidentin budəfəki səfərində reallaşdırılan ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərsimlərinin keçirilməsinin şahidi oluruq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib: “Unutmamalıyıq ki, cəmi bir neçə ay bundan əvvəl işğal edilmiş torpaqlarımızın tezliklə azad olunması barədə düşünürdük. Bu gün artıq Laçın rayonunun Güləbird kəndində inşa edilmiş su elektrik stansiyasının açılışından danışırıq. Təkcə bu, hər bir azərbaycanlının qəlbini fəxarət və qürurla dolduracaq bir hadisədir. Prezident İlham Əliyev gələcəkdə bərpa ediləcək kənlərimizdən danışarkən bir məsələyə xüsusilə diqqət yetirdi, həmin kəndlərimizin necə olacağına aydınlıq gətirdi. Dövlətimizin başçısı “ağıllı kənd” layihəsinin 5 əsas parametrinə görə fərqlənəcəyini və və məskunlaşmada əsas kriteriya olacağını bildirdi”.
H.Babaoğlu qeyd edib ki, bu layihə Zəngilan rayonunun Birinci Ağalı kəndində tətbiq olunacaq “ağıllı kənd” layihəsi modelinə bənzər olmaqla, 5 əsas komponent üzrə həyata keçiriləcək. Yəni, yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu prinsiplər isə gələcək bərpa işlərində özünəməxsusluğu ilə seçiləcək. Bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşma ilə paralel olaraq, “ağıllı kənd təsərrüfatı” modeli üzrə yeni iş yerləri açılmaqla, əhalinin məşğulluğu da təmin ediləcək. Eyni zamanda, sosial obyektlərin inşası həmin ərazilərdə ən müxtəlif xidmətləri həyata keçirməyə imkan verəcək.
Baş redaktorun sözlərinə görə, məskunlaşma, iş yerlərinin yaradılması, sosial xidmətlərin göstərilməsi və bütün bunların “yaşıl enerji” təchizatı prinsipi ilə baş tutması məsələnin kompleks şəkildə və birdəfəlik həllinə yol açacaq. “İşğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində də çoxsaylı su elektrik stansiyalarının tikiləcəyi və bunun üçün çox əlverişli şərtlərin olduğunu bildirən Prezident İlham Əliyev terrorçu ermənilərin ərazilərimizi tərk edərkən olub-qalan infrastruktur obyektlərimizi dağıtdıqlarını qeyd etdi. Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla faktiki olaraq yeni dəmir yolu infrastrukturunun yaradılması işini başlatmış oldu. Şübhəsiz ki, bu sektorda ən böyük layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək Mehri dəmiryolu və avtomobil yolu infrastrukturu olacaq ki, bunun üçün də hazırlıq işləri aparılmaqdadır. Qardaş Türkiyə ilə xüsusi kommunikasiya əlaqələri baxımından bu layihənin strateji əhəmiyyəti çox böyükdür”, - deyən Hikmət Babaoğlu bildirib ki, bütün bunlar Azərbaycanın çox qısa müddətdə ərazi bütövlüyünü bərpa etdiyi kimi, məskunlaşmanı və böyük qayıdışı da tezliklə təmin edəcəyini deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

