Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə media-tur təşkil edilib
11.02.2021 [09:13]
Fevralın 9-da kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində şəxsi heyət və müasir artilleriya qurğuları ilə tanış olan media nümayəndələri praktiki tapşırıqların icrasını canlı izləyiblər.
Əvvəlcə, hərbi hissənin şəxsi heyətinə şərti həyəcan siqnalı verilib. Həyəcan siqnalı ilə qaldırılan bölmələrin hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək bacarıqları və manevr imkanları praktiki nümayiş etdirilib.
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə müsahibəsində deyib ki, düşmənin təxribatlarının qarşısını almaq məqsədilə ötən il sentyabrın 27-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” adlı uğurlu əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatıb. Vətən müharibəsi Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının kütləvi atəş zərbəsi ilə başlayıb.
General-mayor bildirib ki, kütləvi atəş zərbəsi zamanı düşmənin müdafiə dərinliyində olan bütün hərbi obyektləri, o cümlədən hava hücumundan müdafiə, radioelektron mübarizə vasitələri, idarəetmə məntəqələri, reaktiv artilleriya və minaatan batareyaları, ehtiyatları məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov jurnalistlərə müsahibəsində qeyd edib ki, Vətən müharibəsində Raket və Artilleriya Qoşunları digər qoşun növləri ilə birlikdə düşmənin dərinlikdə yerləşən hədəflərini dəqiq atəş zərbələri ilə sıradan çıxarıb. Müharibədə şücaət göstərmiş Raket və Artilleriya Qoşunlarının dörd minədək hərbi qulluqçusu “Vətən müharibəsi qəhrəmanı” fəxri adı, müxtəlif orden və medallarla təltif edilib.
Anar Eyvazov diqqətə çatdırıb ki, Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbi qulluqçusu şəhid olub və bir neçə hərbçisi xəsarət alıb. Müharibə başa çatdıqdan sonra da Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş plana uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə yerləşdirilən bölmələrimiz döyüş hazırlığı ilə məşğul olur, yüksək texnoloji silahların imkanlarını və istifadə qaydalarını mənimsəyirlər. Şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir. Beləliklə, Raket və Artilleriya Qoşunlarının şəxsi heyətinin peşəkarlığı təmin edilir.
Raket və Artilleriya Qoşunlarının zabiti, polkovnik Pərviz İbrahimov jurnalistlərə müsahibəsində deyib ki, Vətən müharibəsinin nəticələri Azərbaycan Ordusunun qarşıya qoyulmuş döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra etdiyini göstərir. Hərbi hissəmiz hazırda döyüş hazırlığı proqramına uyğun olaraq bölmələrin səhra vərdişlərinin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Polkovnik vurğulayıb ki, indi qarşımızda gecə məhdud görmə şəraitində dağlıq ərazilərdə atəş tapşırıqlarını yerinə yetirmək, həmçinin pilotsuz uçuş aparatları ilə qarşılıqlı fəaliyyəti genişləndirmək, onlardan alınan kəşfiyyat məlumatlarını təhlil etmək vəzifələri dayanır. Hazırda çöl dərsləri ilə məşğul olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

