/ / Tahir Kərimli: Ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub
Tahir Kərimli: Ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub
26.01.2021 [09:05]
“Sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində şanlı qələbə qazanan, düşməni kapitulyasiyaya məcbur edən və ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Təbii ki, qələbənin əldə olunmasında böyük payı olan şəhidlərimizin ailələrinin və qazilərimizin sosial problemlərinin həlli prioritet məsələlərdəndir. Vurğulamalıyam ki, indiyə qədər də şəhid ailələrinin, I Qarabağ müharibəsi əlillərinin sosial rifahının yüksəldilməsi üçün mühüm addımlar atılıb. Yeni dönəmdə isə belə tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsi təmin ediləcək”. Bunu qəzetimizə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Şuşaya səfəri zamanı bildirib ki, şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir. I Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət tərəfindən mənzillərin və fərdi evlərin verildiyini bildirən T.Kərimli II Qarabağ müharibəsində yaralanan hərbi qulluqçuların reabilitasiyası istiqamətində də əsaslı addımların atıldığını dilə gətirib. “Cənab Prezidentin vurğuladığı kimi, əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapır. Ümumiyyətlə, ölkəmizdə postkonflikt dövrünün sosial siyasətinin əsası, əslində, 2020-ci ilin sonlarından qoyulub. Belə ki, Prezident İlham Əliyev şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanan bir sıra sənədlər imzalayıb. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66,7 faiz artım deməkdir. Həmçinin “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat ödənilməsi qərarı verilib. Bundan başqa, əlillik dərəcəsinə görə verilən müavinətlər 40 faiz artırılıb. Müvafiq kateqoriyadan olan insanların sosial rifahının yüksəldilməsinə xidmət edən bu kimi addımlar Vətən uğrunda döyüşən əsgər və zabitlərimizə verilən yüksək dəyərin göstəricisidir”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

