Azərbaycanda keçirilən seçkilər demokratik prinsiplərə əsaslanır
20.04.2010 [09:15]
Qarşıdan gələn parlament seçkisinə hələ aylar qalsa da, artıq bu istiqamətdə fəallıq hiss edilməkdədir. ümumiyyətlə, ölkəmizdə keçirilən seçkilər hər zaman şəffaf, ədalətli və azad şəkildə baş tutur. Demokratik dəyərlərə sadiqliyi ilə seçilən Azərbaycanda seçkilərin demokratik prinsiplər əsasında reallaşması üçün bütün şərait yaradılıb. Bu məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşü zamanı bir daha vurğulanıb. Prezident İlham Əliyev Azərbaycanın uzun illərdir Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyası ilə uğurla əməkdaşlıq etdiyini söyləyib və bildirb ki, bütün siyasi qüvvələrin güclü siyasi sistemin qurulmasına töhfə verməsinə yardım etmək üçün Azərbaycan demokratik təsisatların inkişafının davam etdirilməsini vacib sayır.
Bundan başqa, paytaxtımızda reallaşan “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfransda da, müstəqillik əldə etdikdən sonra Azərbaycanda keçirilən seçkilərin beynəlxalq təsisatlar tərəfindən də izləndiyi, proses başa çatdıqdan sonra bu institutlar tərəfindən rəy və təkliflərin səsələndirildiyi qeyd edilib. Həmin rəylərdə Azərbaycanın irəliyə doğru addımlar atdığı, ədalətli, demokratik və şəffaf seçkilər istiqamətində uğurları vurğulanıb. Sözügedən konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanın demokratik prinsipləri əsas tutduğunu deyib və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla Seçki Məcəlləsinin qəbul edildiyini xatırladıb. Ə.Həsənov vurğulayıb ki, “Azərbaycan demokratik səviyyədə seçki keçirməyə qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verir. Azərbaycanda hər bir insan özünün seçib-seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir”.
Həqiqətən də, Cənubi Qafqaz regionunun ən yüksək inkişaf dinamikasına malik, lider dövləti Azərbaycan, hər zaman demokratik prinsiplərə sədaqətini nümayiş etdirir və demokratiyanın əsas atributlarından sayılan seçkilərin nəticələri xalqın iradəsini özündə əks etdirir. Sabit vətəndaş cəmiyyətinin, mütərəqqi inkişafın əsasını təşkil edən seçki prosesinin şəffaflığının təmin edilməsi, azad seçkinin baş tutması hakimiyyətin bu yöndə siyasi iradəsinin göstəricisidir. Azərbaycan hakimiyyəti ölkə Konstitusiyasına əsaslanaraq seçkilərin şəffaf və demokratik keçirilməsini ilkin prioritet kimi qəbul edib.
İqtidar seçkilərin təkmilləşdirilməsi istiqamətində daimi addımlar atır. 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri öncəsi Prezident İlham Əliyevin imzaladığı seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncam da məhz bu məqsədə xidmət edir. Həmin Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyasına seçki rəsmilərinin, o cümlədən, paytaxtdan kənarda işləyəcək seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədi ilə müvafiq proqramların hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlıq edilməsi tövsiyə edilib. Digər tərəfdən, 2005-ci ildə imzalanmış bu Sərəncamda mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməmək və bu cür faktlar aşkar olunduqda belə hərəkətlər etmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunmaları üçün zəruri tədbirlər görmək tapşırılıb.
Bütün seçkilərdə açıq və sivil mübarizənin aparılması vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verir. Seçki prosesində Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılan “Exit-poll” seçkinin şəffaflığının daha da artırılmasına kömək göstərir. Digər tərəfdən, bütün namizədlərə kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə edilməsi imkanlarının yaradılması hakimiyyətin əsas prioritetlərindən biridir. Seçki Məcəlləsinin təkmilləşdirilməsi, “Sərbəst toplaşmaq azadlığı haqda” Qanunun yenidən işlənməsi insan haqlarının qorunması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsidir. Bundan başqa, ölkəmiz hər zaman siyasi palitrasının rəngarəngliyi ilə seçilib. Yəni, seçkidə iştirak edən siyasi partiyaların hamısına bərabər mübarizə şəraiti yaradılır.
Bu gün ölkəmizdə keçirilən seçkilər öz şəffaflığına görə bəlkə də dünyanın ən qabaqcıl ölkələrindən də yaxşı mənada seçilir. Son illərdə seçkinin şəffaflığının təmin olunması baxımından atılan addımlar da bu fikirləri təsdiq edir. Seçki prosesində rəngsiz mürəkkəblərdən istifadə olunması, seçki məntəqələrinin veb-kameralarla təchiz edilməsi buna sübutdur. Bütün bu fəaliyyət ölkəmizdə demokratik prinsiplərin daha da inkişaf etdirilməsinə yönəldilib.
Yaradılan bu münbit şərait vətəndaşların seçkidə namizəd kimi də iştirakına stimul verir. Belə ki, seçkinin şəffaf, ədalətli keçəcəyinə əmin olan vətəndaşlarımız öz seçilmək hüququndan istifadə edir. Bu gün ölkəmizdə fəaliyyət göstərən fərqli təmayüllü siyasi partiyaların seçkidə iştirakla bağlı verdikləri qərar da bu fikri təsdiq edir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

