/ / Fuad Əliyev: Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmazlığı bir daha bütün dünyaya nümayiş etdirildi
Fuad Əliyev: Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmazlığı bir daha bütün dünyaya nümayiş etdirildi
16.12.2020 [09:28]
“Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı ilə müzəffər Azərbaycan Ordusu öz gücünü bir daha işğalçı Ermənistana və bütün dünyaya nümayiş etdirdi. Onu da deyim ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi şərəfinə Bakıda keçirilən Zəfər paradında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə Azərbaycan Ordusunun müzəffər əsgərləri ilə bərabər Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir təcəssümü idi. Zəfər paradından sonra iki ölkə arasında imzalanan sənədlər və dövlət başçılarının mətbuat üçün açıqlamalarında səsləndirdikləri fikirlərlə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmazlığı bir daha bütün dünyaya nümayiş etdirildi”. Bu fikirləri qəzetimizə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.
F.Əliyevin sözlərinə görə, möhtəşəm paraddan sonra regiona səfər edən ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin diqqətinə də Azərbaycanın regionda yaratdığı yeni reallıqlar çatdırıldı: “Əslində ATƏT-in Minsk qrupunun həmsədrlərinin indiki məqamda regiona səfərləri yersiz idi. Prezident İlham Əliyevin onlarla görüşdə xüsusi vurğuladığı kimi, rəsmi Bakı onları dəvət etməyib, onlar sırf öz təşəbbüsləri ilə gəliblər. Hətta dövlət başçısı onlara sözlərini kameralar qarşısında deməyi məsləhət görməklə bu səfərin önəmsizliyinə işarə etdi. Çünki 30 ilə yaxındır fəaliyyət göstərməsinə rəğmən, ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı. Münaqişəni Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun dəmir yumruğu həll etdi. Bu da ATƏT-in Minsk qrupunun lazımsız bir qurum olduğunu göstərdi. Hesab edirəm ki, bundan sonra Azərbaycan onların heç bir bəyanatına əhəmiyyət verməməlidir”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55

