Avropa insan hüquqlarından təzyiq vasitəsi kimi istifadə edir
15.04.2010 [09:39]
Artıq bir əsrə yaxın müddətdir ki, Avropa qitəsində yerləşən bir sıra dövlətlər, siyasi institutlar və təşkilatlar insan hüquqlarını dünyanın müxtəlif yerlərində “qorumaq” məqsədilə birmənalı olmayan siyasət yürüdür. Qeyri-obyektiv baxış prizması ilə fərqlənən bu siyasətin subyektləri nədənsə, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulduğu ərazilərdən yan keçərək, özlərinin maraqlarının yer aldığı məkanlarda prinsiplərinə sadiqliklərini nümayiş etdirirlər. Digər tərəfdən, “qoca” qitənin komissarları böyük müharibələrdən sonra cahanda sülh yaratmaq məqsədilə qəbul edilmiş beynəlxalq konvensiyalara, qətnamələrə deyil, dünyada maraqların təmin edilməsi üçün əlverişli sayılan bütün nəzəriyyələrə, strategiyalara əməl edirlər. Bütün bunların nəticəsində isə ortaya ikili standartlı oyunlarla və Avropa təşkilatlarının fəaliyyətlərində qeyri-obyektiv olmaları ilə bağlı fikirlər çıxır. Avropalılar da yaxşı başa düşür ki, işlədiyi dövlətin ictimaiyyəti onların oyununu başa düşərsə, o zaman, onlar tənqidlə və qınaqla qarşılaşacaq, malik olduqları “demokratik imic”lərinə böyük zərbə dəyəcək. Avropanın siyasi institutlarının qeyri-obyektiv mövqeyilə qarşılaşmış dövlətlərdən biri də Azərbaycandır...
Mərkəzləşdirilmiş hakimiyyətin formalaşdırılmasından sonra Azərbaycanda demokratikləşmə prosesləri sürətləndi. İnsanların azad söz, fikir və fəaliyyət hüquqlarının təminatını həyata keçirəcək qanun bazası formalaşdırıldı, plüralizmin intişar tapdığı vətəndaş cəmiyyətinin yaradılması dövlətin prioritetinə çevrildi. ölkəmizdə ilk olaraq, azad düşüncəli cəmiyyətə malik oturuşmuş demokratik dövlətin bərqərar edilməsi istiqamətində çoxsaylı sosial-iqtisadi islahatlar həyata keçirildi. çünki, sosial vəziyyəti normal olan vətəndaşa siyasi proseslərdə, dövlətin qərar qəbuletmə işində iştirak etmək üçün imkan yaradılmalı idi. Bütün bunların əsas hədəfi isə dövlətin qərarlarına münasibət bildirən, siyasi proseslərdə aktiv iştirak edən, dövlətimizə qarşı qeyri-obyektiv münasibət gördükdə düşünülmüş reaksiya verən vətəndaş cəmiyyətinin formalaşdırılması idi. Artıq Azərbaycanda deyilən kriteriyalara cavab verən vətəndaş cəmiyyəti, plüralizm atmosferi mövcuddur.
Dövlətin növbəti məqsədi isə azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün müvafiq imkanların yaradılması idi. Bu istiqamətdə Prezident İlham Əliyev ardıcıl olaraq, sərəncam və fərmanlar verməklə həmin mühiti formalaşdırdı. Tədbirlərin nəticəsi olaraq, keçirilmiş bütün siyasi kampaniyalar obyektivliyi və şəffaflığı ilə Azərbaycan hökumətinin iradəsini nümayiş etdirdi.
Bu gün isə Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Artıq formalaşmış seçki ənənəsi və mövcud qanunvericilik imkan verir ki, ölkəmizdə normal, obyektiv seçkilər keçirilsin. Daha Azərbaycanın hansısa Avropa strukturunun seçkilərlə bağlı məsləhətlərinə ehtiyacı yoxdur. çünki, normal sosial-iqtisadi vəziyyət, cəmiyyətimizin yüksək siyasi mədəniyyəti, düşüncəsi Azərbaycanda sabit, obyektiv seçkilər keçirilməyə şərait yaradır...
Azərbaycanın keçmişdə planlı iqtisadiyyatı, inzibati-amirlik idarəçiliyi olan bir siyasi sistemin parçası kimi müstəqillik əldə etməsinə baxmayaraq, bu gün totalitarizmin, avtoritarizmin hər hansısa bir elementi cəmiyyətimizə yaddır. Bu o deməkdir ki, Azərbaycan artıq demokratik, insan hüquq və azadlıqlarını yüksək səviyyədə təmin edən azad ölkədir...
Amma azad ölkənin problemləri daxildə olmasa da, onu kənardan ixrac etməyə çalışanlar var. Yəni, həyata keçirilən bütün tədbirləri gözə almayaraq, xüsusi hazırlanmış insanların təşkil etdikləri təxribatlar nəticəsində yaranmış kiçik problemdən yapışan avropalılar insan hüquqlarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Lakin 2008-ci ilin 1-2 mart hadisələri zamanı öz vətəndaşlarına qarşı odlu silahdan istifadə edən, bu gün də təcridxanalarında siyasi məhbusların olmasına görə, hər hansı bir cəzaya məhkum edilməyən Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın 1 milyondan artıq vətəndaşının hüquqlarının pozulmasına göz yumulür. Bir milyondan artıq qaçqın və məcburi köçkünün vəziyyəti və taleyi ilə maraqlanmayan avropalıların bu mövqeyi, Azərbaycan ictimaiyyətində “qoca” qitənin obyektivliyilə bağlı müəyyən şübhələr yaradır. Əgər demokratiya budursa, o zaman, bu sahədə formalaşdırılmış nəzəriyyələr və ideyalar sistemi mahiyyətini tamamilə dəyişməlidir. Və ya bu fikirlər tamamilə səhvdirsə, onda Avropanın siyasi institutları öz işlərilə məşğul olmalıdırlar. Yəni, 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarını bərpa etməli, onlarla görüşlər keçirməli və hadisələrin hansı istiqamətdə cərəyan etdiyini bilməlidirlər.
Avropa bütövlükdə bir sistem kimi anlamalıdır ki, bu gün Azərbaycan xalqın sifarişilə hakimiyyətə gələn və məhz xalqımızın iradəsi əsasında fəaliyyət göstərən milli hökumət tərəfindən idarə olunur. Bu hökumət heç zaman imkan verməz ki, xarici qüvvələr Azərbaycanın maraqlarına zidd addımlarla öz mənafelərini təmin etsin.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11

