Eldar İbrahimov: Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb
12.12.2020 [00:19]
“Tarixi şəxsiyyət haqqında danışmaq həm çətin, həm də məsuliyyətlidir. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndə Azərbaycan keçmiş SSRİ-də öz inkişafına görə ən geridə qalmış respublikalardan biri idi. Məhz Ulu Öndərin hakimiyyətə gəlməsindən qısa müddət sonra görülən işlər nəticəsində Azərbaycan ən qabaqcıl respublikalardan birinə çevrildi. Respublikamız bütün sahələrdə, xüsusilə də kənd təsərrüfatı, sənaye sahəsində böyük dönüş etdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyev uzaqgörən və müdrik insan idi. Təbii ki, Təhlükəsizlik Komitəsinin sədri işləyən zaman da Azərbaycanda gedən bütün prosesləri bilirdi. Dönə-dönə vurğulayıram ki, Heydər Əliyev tarixi şəxsiyyət idi. Çünki tarixi məhz şəxsiyyətlər yaradır. Ulu Öndər də Azərbaycanda bir tarix yaradıb. Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Sovet büdcəsi hesabına Bakıda neftayırma zavodlarını yenidən qurdurdu. Düzdür, o vaxt biz keçmiş ittifaqa neft verirdik, amma Heydər Əliyev SSRİ-nin büdcəsi hesabına Azərbaycanda quruculuq, abadlıq işləri həyata keçirdi. Həmin illərdə respublikamızda nə qədər binalar tikildi, böyük müəssisələr yaradıldı.
“1993-cü ilin iyun ayında Gəncə hadisələri zamanı qan tökülərkən Azərbaycan əhalisi ayağa qalxdı, Ulu Öndəri hakimiyyətə dəvət etdi. Burada bir haşiyə çıxım. Baxmayaraq ki, Heydər Əliyev bir o qədər də partiya yaratmaq istəmirdi, amma Azərbaycan ziyalılarının xahişinə, müraciətinə müsbət cavabından sonra 1992-ci ildə belə bir partiya - Yeni Azərbaycan Partiyası yaradıldı. 16 oktyabrda “Səs” qəzetində 91 ziyalı tərəfindən Heydər Əliyevə edilən müraciətdən sonra 1992-ci ilin 24 oktyabrında Ulu Öndər Heydər Əliyev “Səs” qəzetində onlara cavab verdi. Həmin gün AXC rəhbərləri Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Bu cür ağır vəziyyətdə Heydər Əliyev Naxçıvanı qorudu. 1993-cü ilin iyun hadisələrindən sonra Azərbaycanın bütün bölgələrində insanlar Ulu Öndərdən Naxçıvandan Bakıya dönməsini təkidlə tələb edirdilər. 5 iyun tarixində Ulu Öndərin ardınca təyyarə gəlmişdi. Lakin O getmək istəmirdi. Mən ayın 7-də Bakıya gələrək burada insanların, həqiqətən də, Heydər Əliyevi gözlədiklərinin şahidi oldum. Onların ümidi, nicatı Ulu Öndər idi. Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və bildiyiniz kimi, ayın 13-də Ali Sovetdə keçirilən iclasda çıxış edərək Gəncəyə getdi. Ayın 15-də isə Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Azərbaycanın və xalqımızın, sözün əsl mənasında, qurtuluşu məhz həmin tarixdən başlayır. Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
E.İbrahimov söyləyib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bunun nəticəsində Azərbaycan dinamik inkişaf edir, bütün sahələr üzrə böyük nailiyyətlər qazanır. Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə Azərbaycanı daha böyük zəfərlərə doğru aparır. Məhz Heydər Əliyev yolunun Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, xalqımız böyük qələbə sevincini yaşadı”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

