Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib
03.12.2020 [10:17]
“Laçın rayonunun işğaldan azad edilməsi ilə Azərbaycanın ən yeni siyasi tarixinin daha bir mərhələsi arxada qaldı. Müqayisəli təhlil aparmaq istəsək, görəcəyik ki, 2020-ci il sentyabr ayının 27-dən başlayaraq dekabr ayının 1-nə qədər davam edən bu mərhələ cəmi 64 gün çəksə də, əslində, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaratdı”. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O bildirib ki, 44 günlük aktiv müharibə fazası və sonrakı 20 gündə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsi mühüm hadisədir: “Bu, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yəni təqribən 100 il davam edən və “Dağlıq Qarabağ” problemi adlandırılan məsələ birdəfəlik və həmişəlik heç bir status olmadan həll edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı məğlub edilmiş xalq statusundan qurtularaq qalib xalq statusu əldə etdi. Milli birliyin və bərabərliyin simvoluna çevrildi. Hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Ancaq bunlar da məsələnin hamısı deyil”.
Deputat qeyd edib ki, 44 günlük müharibə Sovet İttifaqının dağılması prosesində etnik separatçılıqla müşahidə edilən müharibələr tarixində dönüş yaratmaqla yeni nümunə ortaya qoydu: “Vaxtilə dünya siyasətinin fərqli qütblərində yer alan qonşu dövlətlərin maraqlarını qarşılıqlı şəkildə bir araya gətirərək və milli maraqlarımızla uzlaşdıraraq regionda Türkiyə-Rusiya əməkdaşlığının fundamental əsaslarını formalaşdırdı. Beləliklə, böyük bir strateji rayonda yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarazlıqda özünün mühüm yerini və rolunu müəyyən etdi və s. Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc mərkəzlərinin bir çoxu əslində sadəcə hadisələri kənardan izləməklə ona əsla müdaxilə edə bilmədi. Halbuki, biz çox radikal və aktiv müdaxilə cəhdlərinin də şahidi olduq. Beləliklə, hazırda Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib”.
Hikmət Babaoğlu diqqətə çatdırıb ki, bu reallığı yaradan Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonun işğaldan azad edilməsi münasibətilə xalqımıza müraciət edərkən bir sıra mühüm məsələlərə toxundu: “O cümlədən milli iradəmizə qarşı addım atmaq niyyətində olanlara yenə sərt ismarıclar göndərdi. Bu fikirlər bir daha Azərbaycanın qətiyyətini, milli iradəsini göstərməklə, eyni zamanda, hələ də yaranmış yeni reallığı həzm etməyən, onu pozmaq istəyənlərin olduğunu göstərir. Ancaq bütün bunlar şübhəsiz ki, yeni reallığı dəyişə bilməz və hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi öz yeni gələcəyini inşa edir. Prezident İlham Əliyev yeni mərhələdən danışarkən bildirdi ki, bizim ölkəmiz üçün yeni dövr başlayır - Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək. Doğrudan da, ölkəmizdə hamı müşahidə etdiyi təcrübədən bilir ki, erməni vəhşi quldurları tərəfindən dağıdılan, viran edilən kəndlərimiz, şəhərlərimiz ən qısa zamanda bərpa edilərək məskunlaşdırılacaq, insanlarımız öz doğma yurdlarına qayıdacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

