/ / Əlisahib Hüseynov: Bu Qələbə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanımızın isə sərkərdəlik məharəti və müdrikliyi sayəsində mümkün oldu
Əlisahib Hüseynov: Bu Qələbə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanımızın isə sərkərdəlik məharəti və müdrikliyi sayəsində mümkün oldu
03.12.2020 [10:05]
“İşğaldan azad olunan Laçın rayonunda da Azərbaycan bayrağı ucaldıldı. Qəhrəman hərbçilərimiz Ali Baş Komandan İlham Əliyevə Laçın şəhərində dövlət bayrağının qaldırılması haqqında məruzə etdilər. Beləliklə, 28 ilin məşəqqətli həsrəti dekabrın 1-də başa çatdı. Həmin gün də müqəddəs bir gün kimi yaddaşımıza və tariximizə yazıldı. Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbə ilə işğal tarixinə nöqtə qoydu, işğal saatının əqrəblərini dayandırdı və tarixin təkərini doğru məcraya yönəltməyi bacardı. Beləliklə, işğal tarixi qapandı, zəfər tarixi yazılmağa başlandı. Bu gün Laçının dinc yolla, qan tökülmədən işğaldan azad edilməsi məhz Azərbaycan Ordusunun qazandığı zəfərlərin məntiqi sonluğu, müsbət nəticəsidir”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində də qeyd etdi ki, ermənilər Laçın rayonunun ərazisinin bütünlüklə dəhliz kimi Ermənistanın nəzarətində qalmasına iddia edirmişlər. Ancaq müzəffər Ordumuz ermənilərin bu iddialarını tamamilə alt-üst etdi. Ordumuz yeni reallıq yaratdı. Beləliklə, indi Laçın yenidən bütöv Azərbaycan ailəsinə qovuşdu.
“Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevi bu böyük Qələbə münasibətilə ürəkdən təbrik edirik. Bu Qələbə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanımızın isə sərkərdəlik məharəti və müdrikliyi sayəsində mümkün oldu. Cənab İlham Əliyev Azərbaycan tarixinə Öz adını Qalib Lider kimi yazdırdı. Prezidentimiz ölkəmiz üçün tamamilə yeni səhifə açdı. Artıq Azərbaycana qarşı istər bölgəmizdə, istərsə də dünyada münasibət kökündən dəyişib. İndi Azərbaycan hər kəsin hesablaşdığı güclü bir ölkəyə çevrilib. İndi Azərbaycan, həqiqətən də, Cənubi Qafqazın lider dövlətidir. Və indi Azərbaycan Ordusu, həqiqətən də, Cənubi Qafqazın ən güclü və peşəkar Ordusu kimi qəbul olunur. Bütün bunların hamısı Prezident İlham Əliyevin xidməti və uğurlarıdır!”, - deyən Ə.Hüseynov laçınlılara da təbriklərini çatdırıb: “Əziz laçınlılar, dəyərli bacı və qardaşlarımız, sizi ürəkdən təbrik edirik! Gözünüz aydın olsun. Həsrətiniz bitdi. Məcburi köçkün həyatınız sona çatdı. Artıq sizin üçün tamamilə yeni bir dövr başlayır. Yeni həyatınız xeyirli-uğurlu olsun, əziz laçınlı həmvətənlərimiz! Ocaqlarınız gur yansın!”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

