Qüdrət Həsənquliyev: Azərbaycan böyük bir tarixi qələbəyə imza atdı
18.11.2020 [09:09]
“1918-ci ildən sonra Azərbaycan xalqı ikinci dəfə tarixi qələbəyə imza atır. Birinci qələbədə biz türk qardaşlarımızın köməyi, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakını işğaldan azad etdik. Bu dəfə isə türk qardaşlarımızın mənəvi və siyasi dəstəyi ilə Qarabağı işğaldan azad etdik”. Bu fikirləri qəzetimizə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, bu qələbənin əldə olunmasında önəmli rolu Azərbaycan Ordusu oynadı. Azərbaycan Ordusu dünyaya göstərdi ki, biz, bəzilərinin düşündüyü kimi geridə qalmış müsəlman ölkəsi deyilik. Azərbaycan müasir bir ordu qurub. Bu xalqın potensialı xeyli dərəcədə yüksəkdir. Müasir texnologiyalara əsaslanan, müasir silahlardan bacarıqla istifadə edən bir millətik.
“İkincisi, bütün dünya gördü ki, bu millət çətin vəziyyətdə bir yumruq kimi birləşə bilir. Yəni bu da bizim xalqın mütəşəkkilliyini nümayiş etdirdi. Üçüncüsü, Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik respublika deyil. Biz çoxmillətli respublikayıq. Burada çoxsaylı xalqların nümayəndələri, etnik qruplar yaşayır. Onlar öz torpaqları üçün vuruşdular, həyatlarını qurban verdilər. Yəni biz həqiqətən multikultural cəmiyyətik. Ermənilər də istəsələr, Azərbaycanda digər xalqlar kmi bir icma olaraq yaşaya bilərlər. Ordumuz həm də onu göstərdi ki, Azərbaycan beynəlxalq qanunlara hörmət edən bir dövlətdir. Ermənilərdən fərqli olaraq ordumuz tərəfindən heç bir müharibə cinayəti törədilmədi. Biz şəhərləri bombalamadıq, artilleriya atəşinə tutmadıq. Çalışdıq ki, dinc insanlara zərər verməyək. Xalqımız bununla da beynəlxalq birliyin hörmətini qazanmış oldu. Bu prosesdə qonşu ölkələrin mövqeyi də təqdirəlayiqdir. Qızğın döyüşlərin getdiyi vaxtlarda onlar bəyan etdilər ki, müharibə Azərbaycanın ərazisində gedir. Onlar Azərbaycanın ərazi bütövlüyünün vacibliyini söylədilər. Azərbaycan xalqı, Ali Baş Komandanın liderliyi, uzaqgörənliyi, strateji düşüncəsi ilə bu müharibəyə uzun müddət idi ki, hazırlaşırdı. Bu müharibənin nəticəsi olaraq ermənilər məğlub olduqlarını etiraf etdilər. Azərbaycan böyük bir tarixi qələbəyə imza atdı. Xalqımızı bir daha bu qələbə münasibətilə təbrik edirəm”, - deyə BAXCP sədri vurğulayıb.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31

