/ / Hikmət Babaoğlu: Xalqımızın Vətən müharibəsinin, İstiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırıb
Hikmət Babaoğlu: Xalqımızın Vətən müharibəsinin, İstiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırıb
13.11.2020 [09:15]
“Azərbaycanın əldə etdiyi tarixi-strateji qələbənin miqyası o qədər böyükdür ki, bunu dərk etmək üçün zamana ehtiyac var”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, qələbə - şaquli dərin və üfüqi coğrafi olmaqla çoxvektorludur: “İkinci görünən tərəfdir, hamımız bunu vizual olaraq aydın görürük ki, torpaqlarımız işğaldan azad edildi. Birinci isə heç də hamımızın görə bilmədiyi dərin qatlardadır. Zamanla üzə çıxdıqca biz onu dərk edəcəyik. Məhz dərin qatlarda baş verən hadisələr mənsub olduğumuz geostrateji rayonun gələcəyini təyin edəcək. Bu, elə bir gələcək olacaq ki, Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diktə edən güc mərkəzlərindən birinə çevriləcək”.
Deputat qeyd edib ki, xalqımızın Vətən müharibəsinin, İstiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırıb: “Qısaca olaraq, bu tarixi qələbəyə necə gəldiyimizin siyasi arxeologiyası isə belədir. Problemin 70 illik fasilədən sonra yenidən aktiv fazaya keçməsi dövrü. Yəni, 1920-ci ildən 1988-ci ilədək davam edən mərhələnin bitməsi. 1990-1994-cü illər assimmetrik müharibə dövrü və döyüşlərdə Azərbaycanın uduzdurulması. 1994-1997-ci illər fəal sülh axtarışları mərhələsi. 1997-2001-ci illər problemin həllinə yaxınlaşmaq mərhələsi. 2001-ci ildə Ki Uest fiaskosu. 2001-2003-cü illər danışıqların imitasiyası dövrü. 2003-2016-cı illər strateji sükut, yaxud səssiz müharibə dövrü. 2016-2018-ci illər strateji sükut və səssiz müharibə dövründə Azərbaycanın müharibəyə hazırlığının test edilməsi mərhələsi. Aprel və Günnüt döyüşləri. 2018-2020-ci ilin iyul tarixləri arasındakı vaxt nəticələrin təhlil edilməsi, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması və hərbi-siyasi və geostrateji zamanın zərgər dəqiqliyi ilə seçilməsi. 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər davam edən 44 günlük müharibə dövrü və tam qələbə, işğalçı Ermənistanın kapitulyasiya aktına qol çəkməsi. Ancaq müharibələr tarixi göstərir ki, müharibəyə başlamaq nə qədər çətindirsə, onu bitirmək ondan da çətindir. Üstəlik, yaşadığımız mürəkkəb regionda mövcud olan güc balansları konteksində bunu etmək daha da çətindir. Ancaq Azərbaycan bunu bacardı və hərbi qələbəsini siyasi-diplomatik qələbəsilə də taclandırdı”.
Hikmət Babaoğlu bildirib ki, hazırda çox fəal və sürətli postmüharibə mərhələsinə qədəm qoymuşuq və ən çox müzakirə olunan məsələlərdən biri xalqımızın öz doğma torpaqlarında necə və nə vaxt məskunlaşacağı məsələsidir: “Bəzi kommunikasiya və təhlükəsizlik məsələlərinin aparacağı vaxtı çıxmaq şərtilə elə dərhal bu proses başlayacaq. Yeddi rayonda əhalinin müharibəyə qədər olan demoqrafik strukturu qeyd-şərtsiz bərpa olunacaq, sonradan süni məskunlaşdırma nəticəsində işğal edilmiş ərazilərimizə gətirilənlər sonuncu nəfərinədək və bəyanatda qeyd olunan müddət ərzində təcili olaraq çıxarılacaq. Keçmiş Dağlıq Qarabağ adlandırılan ərazilərdə ordumuzun işğaldan azad etdiyi yerlərə əvvəllər yaşamış ermənilər qaytarılmayacaq. Onlar sadəcə kompakt yaşadıqları bəzi ərazilərdə Azərbaycan vətəndaşlığını qəbul etdikləri və vətəndaşlıqdan irəli gələn vəzifələri və məsuliyyəti yerinə gətirdikləri halda yaşaya biləcəklər. Əks təqdirdə, əsla yaşaya bilməyəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17

