/ / Fazil Mustafa: Cənab Prezident bütün məsələlərdə xalqın iradəsinə əsaslanır, bütün addımları xalqın istəyinə uyğun şəkildə atır
Fazil Mustafa: Cənab Prezident bütün məsələlərdə xalqın iradəsinə əsaslanır, bütün addımları xalqın istəyinə uyğun şəkildə atır
06.11.2020 [09:17]
“Son hadisələr, Dağlıq Qarabağda gedən döyüşlər, eləcə də beynəlxalq müstəvidə baş verənlər bir daha Azərbaycana qarşı olan çevrələrin nə qədər məğlubiyyət duyğusu yaşadığını göstərir. Ölkəmizə qarşı olan qüvvələrin təzyiqləri artdıqca Azərbaycan xalqının iradəsi daha da möhkəmlənir. Bunun da əsas ilhamverici qüvvəsi ölkə Prezidenti cənab İlham Əliyevdir. Ölkə başçısının hər bir çıxışı, məsələlərə yanaşması Azərbaycan cəmiyyətinin iradəsini əks etdirir. Diqqət etsək, yeni situasiyalar cənab Prezidentin nə qədər çevik qərarlar qəbul etməyə hazır olduğunu göstərir. Beynəlxalq jurnalistikanın ən aparıcı nümayəndələrinin belə xarici dövlətlərin mətbəxində hazırlanan sualları yüksəkməntiqli, çevik və konseptual şəkildə cavablandırılır və buna qarşı hansısa arqument səsləndirə bilmirlər. Hansı ki, həmin jurnalistlər Paşinyanla müsahibələrdə boşluqları hiss edib ondan istifadə edirlər. Bu, cənab Prezidentin nə qədər yüksək səviyyədə diplomatik hazırlığının olmasının göstəricisidir”.
Bunu qəzetimizə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu gün Ermənistan daha çox dalana sıxışdıqca mülki insanları hədəfə alır, münaqişəni daha fərqli istiqamətlərə çəkmək istəyir.
Partiya sədri qeyd edib ki, Azərbaycan ordusu hədəfini bilir və öz hədəfinə doğru irəliləyir. Qarşıdakı günlərdə daha böyük uğurlara imza atacağımızdan əminik. “Ölkəmizdə milli birliyin güclənməsi isə bizim ən böyük uğurlarımızdandır. Bu həmrəyliyin yaranmasında əsas səbəb prosesin xalqla açıq dialoq şəklində yönləndirilməsidir. Cənab Prezident bütün məsələlərdə xalqın iradəsinə əsaslanır, bütün addımları xalqın istəyinə uyğun şəkildə atır. Dövlət başçısının çıxışlarında “mənim bu ifadəm xalqın xoşuna gəlir” deməsi xalqdan hansı impulsların alındığının göstəricisidir. Bu məsələdə həmrəylik əsas əhəmiyyət daşıyır və biz mübarizəmizi bu istiqamətdə daha da irəli apara bilərik”, - deyə vurğulayan F.Mustafa ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub. O bildirib ki, bu ölkələrin Azərbaycan torpaqlarının qaytarılmasında, işğaldan azad ediməsində marağı yoxdur. Onlar öz dövlət maraqlarından çıxış edirlər. Partiya sədri əlavə edib ki, Qarabağın azadlığı bizim marağımızdadır və biz də öz torpaqlarımızı azad etməliyik. Kimin necə düşünməsi Azərbaycan üçün önəmli deyil.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

