/ / Ağalar Vəliyev: Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə şanlı tarix yazır
Ağalar Vəliyev: Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə şanlı tarix yazır
05.11.2020 [08:41]
“Sentyabrın 27-də işğalçı Ermənistanın hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatlarına başlamasından bir aydan çox vaxt ötür. Ötən müddət ərzində şanlı Ordumuzun əks-hücum əməliyyatlarını uğurla həyata keçirməsi və torpaqlarımızın xeyli hissəsini işğalçılardan təmizləməsi bir daha təsdiqləyir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tarixi ədalətin və beynəlxalq hüququn təmin olunmasında israrlıdır, bunu öz gücü ilə reallaşdırmaq iqtidarındadır”. Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.
Ağalar Vəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev son vaxtlarda etdiyi çıxışlarda, beynəlxalq KİV-lərə, televiziya kanallarına verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli və prinsipial mövqeyini əsaslandırılmış şəkildə diqqətə çatdırıb. Müstəqil Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü, suverenliyi dünya dövlətləri və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tanınıb. Azərbaycan sözügedən məsələdə tutduğu prinsipial mövqeyində də bu amilə istinad edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə predmeti olmayıb. Hazırkı vəziyyətdə isə biz özümüzü müdafiə edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik.
Deputat qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminə yanaşmada qəti siyasi iradə ortaya qoyarkən ölkəmizin iqtisadi qüdrəti, cəmiyyətimizin bu məsələdə vahid mövqedən çıxış etməsi, əksər siyasi partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının yüksək həmrəylik göstərmələri kimi fundamental amillərə, o cümlədən də Ordumuzun gücünə istinad edir. Bu gün rəşadətli Silahlı Qüvvələrimiz çox mühüm amil qismində çıxış edir.
“Müharibə şəraitində yaşayan Azərbaycanda son 17 ildə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun peşəkar kadrlarla təchizatı, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edib və hər il bu məqsədlər üçün büdcədən böyük həcmlərdə vəsait ayrılıb. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Sentyabrın 27-dən etibarən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu xilaskarlıq missiyasını yerinə yetirərək hər gün yeni hərbi uğurlara imza atır. Azərbaycan Ordusu doğma torpaqlarında vuruşur, doğma torpaqlarında şəhidlər verir. Xilaskarlıq missiyası yerinə yetirməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində döyüşlərə daha inamla atılmaq üçün əlavə stimul yaradır. Hazırda Azərbaycanın Silahlı Qüvvələri yüksək təchizata malikdir. Ordumuz döyüş meydanlarında bir sıra innovativ texnologiyaları məharətlə tətbiq etməklə, taktiki və strateji əməliyyatları düzgün əlaqələndirməklə dünyanın hərb tarixinə yeniliklər bəxş edir. Lakin Prezident İlham Əliyevin müxtəlif çıxışlarında və müsahibələrində də bildirdiyi kimi, Ordumuzun qələbələrinin əsas qəhrəmanları Vətəni çox sevən, torpaqlarımızın hər qarışı uğrunda canından, qanından keçməyə hazır olan əsgər və zabitlərimizdir. Şanlı qələbələr tariximizin bugünkü qürur doğuran səhifələrini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə məhz onlar yazırlar”, - deyə Ağalar Vəliyev vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

