/ / Naqif Həmzəyev: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni doğma torpaqlarımızdan birdəfəlik qovacaq
Naqif Həmzəyev: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni doğma torpaqlarımızdan birdəfəlik qovacaq
04.11.2020 [09:33]
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qələbə yürüşü davam edir, döyüş meydanında tarixi ədalət bərpa edilir. 1988-1993-cü illərdə erməni işğalçıları tərəfindən zəbt edilmiş yaşayış məntəqələrimiz düşmən tapdağından azad olunur. Erməni vandalları tərəfindən torpaqlarımızda, yurd yerlərimizdə 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılsa da, işğal altında olan ərazilərimizin böyük hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir”.
Bu fikirlər Milli Məclisin deputatı Naqif Həmzəyevə məxsusdur.
Deputat deyib ki, bu gün xalqımızın böyük ruh yüksəkliyi, orduya inamı, qələbəyə əminlik hissi rəşadətli Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır: “Hazırda Azərbaycanda Vətən müharibəsi gedir. Artıq hər kəs əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni doğma torpaqlarımızdan birdəfəlik qovacaq, xalqımıza illərdən bəri gözlədiyi Böyük Qayıdışın sevincini yaşadacaq”.
N.Həmzəyevin sözlərinə görə, müzəffər Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal olunan ərazilərimizi beynəlxalq hüququn bütün norma prinsiplərinə əsaslanaraq azad edir: “Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra dədə-baba torpaqlarımıza gətirilən, qonaqpərvərliyimizdən istifadə edərək torpaqlarımıza sahib çıxmaq istəyən erməni tör-töküntülərindən, vandallarından doğma ocağımızı, yurd yerimizi qurtarırıq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında da geniş beynəlxalq auditoriyaya çatdırıb ki, ermənilər torpaqlarımıza məqsədyönlü şəkildə gətirilib və ölkəmizin ən dilbər guşələrindən olan Qarabağda yerləşdirilib. Ötən ilin oktyabrında “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək, qəti fikrini bildirib”.
“Prezidentimizin “Qarabağ Azərbaycandır” kəlməsi ilə yağı düşmən, onların havadarları anlamışdılar ki, Azərbaycanın səbir kasası artıq daşıb, illərdir torpaqlarını işğal altında saxladıqları Azərbaycan xalqı Ermənistanın fitnəkar bəyanatlarına sözlə deyil, işlə cavab verməyə qərarlıdır. Bəli, bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil. Qarabağ Azərbaycandır!”, - deyə N.Həmzəyev bildirib.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

