Ölkəmizin ali məktəblərində 6813 əcnəbi tələbə təhsil alır
03.04.2010 [10:59]
Dünən Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Toplantı “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusuna həsr edilsə də, təhsil naziri Misir Mərdanov vacib olduğunu nəzərə alaraq öncə, Azərbaycan baş prokurorunun 1-ci müavini Rüstəm Usubovun 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilmiş kütləvi qətllə əlaqədar başlanmış cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məktubu barədə məlumat verib.
Nazirin sözlərinə görə, məktubda qeyd olunub ki, istintaq hadisənin baş verdiyi ADNA-nın II korpusunun mühafizə edilmədiyini, kənar şəxslərin girişinin sərbəst olduğunu müəyyənləşdirib. Tədris binasına daxil olan şəxslərin tələbə bileti və ya xidməti vəsiqəsi yoxlanılmayıb. Şərait imkan verdiyi üçün cinayətkarlar cinayət yerini əvvəlcədən öyrəniblər. Cinayəti törətməkdə təqsirləndirilən Fərda Qədirov, Cavidan Amirov və Nadir Əliyev aprelin ortalarında binanın mərtəbələrini sərbəst gəzib, giriş-çıxışları, həyətdən küçəyə çıxış yollarını öyrəniblər. İstintaq müəyyən edib ki, fövqəladə hallar üçün nəzərdə tutulmuş və zəruri hallarda istifadə edilməli olan binanın ehtiyat pilləkənlərinin aşağı mərtəbələrdə dəmir barmaqlıqlarla bağlı olması səbəbindən tələbə və müəllimlərin binanı tərk etmək imkanı olmayıb.
R.Usubov məktubda “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsini rəhbər tutaraq, nazirdən qeyd olunan nöqsanların aradan qaldırılması üçün tədbirlər görərək, nəticələri barədə 1 ay müddətinə Baş Prokurorluğa məlumat verməsini xahiş edib. M. Mərdanov kollegiyada xüsusi qeyd edib ki, Rusiyada baş verən məlum terror aktları, habelə, martın 31-dən aprelin 1-nə keçən gecə Bakı şəhərindəki 12 saylı orta məktəbə maskalı şəxslərin basqın etməsi təhsil müəssisələrinin təhlükəsizliyi məsələlərinə diqqətin artırılması zərurətini ortaya çıxarıb: “Bütün təhsil müəssisəsi rəhbərlərinin əsas vəzifəsi təhsil alanların və təhsil verənlərin təhlükəsizliyini təmin etməkdir. Bütün təhsil müəssisəsi rəhbərləri bununla bağlı ciddi tədbirlər görməlidirlər”.
Nazir deyib ki, hər bir təhsil müəssisənin rəhbəri bu müəssisədə təhsil alan tələbələrin təhlükəsizliyinə cavabdehlik daşıyır və hər kəs bu işin öhdəsindən gəlməlidir. Hər bir təhsil müəssisəsinin rəhbəri həmin müəssisədə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün müvafiq addımlar atmalıdır.
Daha sonra söz alan nazir müavini Elmar Qasımov “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili” barədə məruzə edərək real vəziyyətdən, problemlərdən danışıb. O, qeyd edib ki, ölkəmizdə 1961-ci ildən başlayaraq, əcnəbi vətəndaşlar təhsil alır. Azərbaycan müstəqillik qazanandan sonra bu proses daha da sürətlənib və artan dinamika üzrə davam edib. Hətta Sovet İttifaqı dağılanda Azərbaycan əcnəbilərin təhsillərini keçmiş SSRİ-nin götürdüyü öhdəliyə uyğun olaraq başa çatdırmalarını təmin edən yeganə ölkə olub.
Nazir müavini bildirib ki, hazırda ölkəmizin ali məktəblərində 6813 əcnəbi tələbə təhsil alır. Azərbaycanın ali məktəbləri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasının əcnəbi tələbə qəbulunda fərqləndiyini vurğulayan E.Qasımov mövcud faiz göstəricilərinə də nəzər salıb. Yerli tələbələrlə ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin faiz nisbətinin müqayisəsi göstərib ki, bu sahədə ən yüksək nəticəyə Azərbaycan Memarlıq və İnşaat Universiteti nail olub. Tələbələrinin 20 faizi əcnəbi olan universitet beynəlxalq standartlara yaxınlaşıb. Qafqaz Universitetində tələbələrin 17, Tibb Universitetində 15, Musiqi Akademiyasında isə 13 faizdən çoxu əcnəbilərdir. Faiz göstəricilərini artırmağın vacibliyindən danışan nazir müavini bu amilin universitetlərin reytinqini müəyyənləşdirən indiqatorlardan olduğunu vurğulayıb.
Nazir Misir Mərdanov isə deyib ki, Azərbaycanda təhsil alan əcnəbilərin sayını ölkə təhsilinin nüfuzunu aşağı salmadan artırmaq lazımdır. Türkiyədə müəyyən edilən həddən daha çox tələbənin ölkəmizdə təhsil aldığını bildirən nazir bu ölkənin iradlarına da haqq qazandırıb.
Kollegiya iclasında çıxış edən ali məktəb rektorlarından Abel Məhərrəmov, Əhliman Əmiraslanov, Səməd Seyidov, Şəmsəddin Hacıyev və Gülçöhrə Məmmədova müzakirə olunan məsələnin aktuallığını qeyd edib, rəhbərlik etdikləri təhsil müəssisəsində bu sahədəki vəziyyət və mövcud problemlərdən danışıblar.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

