Metrostansiyalarda alternativ çıxışlar inşa olunacaq
03.04.2010 [10:58]
Bakı Metropoliteni yaxın 3-4 il ərzində bir sıra metrostansiyanın ikinci çıxışlarını istifadəyə verəcək. Artıq bununla bağlı layihə hazırlanıb və Dünya Bankının mütəxəssisləri də bunu müsbət dəyərləndiriblər. Yeni layihəyə əsasən, ikinci çıxışı olmayan metrostansiyalarda alternativ çıxışlar inşa olunacaq. Bu barədə dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. Metropoliten rəisi qeyd edib ki, layihədə “Nizami” metrostansiyasının Akademik Milli Dram Teatrının yaxınlığında, “Sahil” metrostansiyasının isə Nəsimi heykəlinin yanında ikinci çıxışlarının tikilərək istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, “İçərişəhər” metrostansiyasının Dənizkənarı Milli Parkda, “Elmlər Akademiyası”nın isə Bakı Dövlət Universitetinin qarşısında yeni alternativ çıxışları olacaq.
Bakı Metropoliteninin rəisi tədbirdə metro tikintisi və bu sahədə nəzərdə tutulan digər işlərlə bağlı da məlumat verib. Tağı Əhmədov deyib ki, 2010-cu ilin sonuna kimi Əzizbəyov stansiyasının tam yeni memarlıq üslubunda qurulması başa çatdırılacaq. Belə ki, bu stansiyanın bütün çıxışları 26 metr hündürlüyündə piramida formasında qurulacaq və “İçərişəhər” metrostansiyası ilə müqayisədə 2 dəfə hündür olacaq. T.Əhmədov 2010-cu ildə yeni metrostansiyaların istifadəyə verilməyəcəyini qeyd edib. Hazırda tikilməkdə olan “Əcəmi-2”, “Avtovağzal” və “Azadlıq” stansiyasının 7-ci mikrorayon istiqamətindəki hissəsinin 2011-ci və növbəti illərdə başa çatdırılması planlaşdırılır. Yeni stansiyalar həm memarlıq üslubuna, həm də texniki imkanlarına görə, ən yüksək səviyyədə qurulacaq. Həmin stansiyalarda xəttə buraxılacaq qatarlar 7 vaqondan ibarət yeni nəsil maşınlar olacaq. Stansiyalarda platformaların avadanlıq və qurğuları da fərqlənəcək, əlillər, xüsusilə də gözdən əlillər üçün bütün imkanlar nəzərə alınacaq.
Tağı Əhmədov bundan sonra vaqon alınması zamanı daha çox Rusiyanın “Mtışi” zavodunun maşınlarına deyil, Almaniya, Koreya və digər ölkələrin istehsal etdiyi vaqonların idxalına üstünlük veriləcəyini diqqətə çatdırıb. Eyni zamanda, vaqonlar böyük partiya ilə, məsələn 50-60 ədəd olmaqla alınacaq.
Metropoliten rəisi Rusiyada baş vermiş terror hadisəsindən sonra metroda təhlükəsizliklə bağlı tədbirlərin daha da gücləndirildiyini xatırladıb. Onun sözlərinə görə, Metropoliten gücləndirilmiş iş rejimində işləyir. Son hadisələrdən sonra metroda bir qapıdan girişə üstünlük verilir. Polis işçiləri qapılarda detektorlarla bütün sərnişinləri, onların yük və qablarını yoxlayırlar. Ancaq bu da metroda təhlükəsizliyə tam zəmanət vermək və onu təmin etmək üçün əsas deyil. çünki bədənində partlayıcı maddə daşıyan kamikadzeni aşkar etmək bəzən çətinlik yaradır. Metrodakı stansiyalarda və vaqonlarda kameraların quraşdırılmasına baxmayaraq bu faktor tam təhlükəsizliyə dəlalət etmir. Dünyanın heç bir ölkəsində kamikadzeni tamamailə izləyə biləcək videomüşahidə sistemi, aşkarlayıcı xüsusi qurğu yoxdur.
Tağı Əhmədovun sözlərinə görə, əgər insanın bədənində partlayıcı olduğunu aşkar edib siqnal verə biləcək aparat olsa, Azərbaycan bunu çoxdan əldə edərdi. çox təəssüf ki, dünyada bu cür sistemin olmamasından istifadə edən kamikadzelər Fransada, İngiltərədə, Almaniyada, Rusiyada və digər ölkələrdə metroda partlayışlar törədiblər. Bakı Metropoliteninin rəisi metroda gediş haqlarının artırılması ilə bağlı məsələyə münasibət bildirərkən bunun Tarif Şurasının səlahiyyətlərinə aid olduğunu söyləyib. Əgər Tarif Şurası qiymətləri artırmağı məqsədəuyğun hesab etsə, Metropoliten bunu məqbul sayacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxHadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25

