/ / Fuad Əliyev: Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşməsi tam və qəti qələbəni yaxınlaşdırır
Fuad Əliyev: Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşməsi tam və qəti qələbəni yaxınlaşdırır
31.10.2020 [08:19]
“İşğalçı Ermənistan sülh istəmədiyini, özünün təcavüzkar və terrorçu mahiyyətini bir daha nümayiş etdirib. Belə ki, artıq üçüncü dəfədir elan edilən humanitar atəşkəs rejimini kobud şəkildə pozan düşmən Azərbaycanın dinc yaşayış məntəqələrini raket atəşinə məruz qoyub. Bundan əvvəl əldə edilən humanitar atəşkəs rejimi barədə razılaşmaları cəbhədən uzaqda yerləşən Gəncə şəhərinə ballistik raket hücumları ilə pozan Ermənistanın terrorçuluğu dövlət siyasətinə çevirdiyini bütün dünya görüb”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanın razılaşmaya birtərəfli qaydada əməl etməsinə baxmayaraq, Ermənistanın onu kobud şəkildə pozması qarşı tərəfin humanitar atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşmalardan başqa məqsədlər üçün istifadə etdiyini göstərir: “Görünən odur ki, məğlubiyyətlə üzləşən Ermənistanın mövcud hərbi-siyasi rəhbərliyini nə humanitar əsaslarla atəşkəsin əldə olunması, nə də müharibənin dayandırılması maraqlandırır. Çox güman ki, işğalçı dövlət sadəcə olaraq, xarici ölkələrdən silah və terrorçu cəlb etmək üçün vaxt udmağa çalışır. Bunu Paşinyanın gah danışıqlara və güzəştlərə hazır olduğu barədə bəyanat verib, gah da Ermənistan əhalisini işğal edilmiş ərazilərimizdə ordumuza qarşı döyüşlərə səsləməsi də sübut edir”.
F.Əliyev deyib ki, dinc əhalimizə qarşı hərbi cinayətlərini davam etdirən Ermənistan artıq məğlub durumdadır: “Onların canlı qüvvəsi də azalıb. Özləri rəsmi olaraq mindən artıq əsgər itirdiklərini elan etsələr də, reallıqda bu rəqəm dəfələrlə çoxdur. Ermənilərin yaydığı videogörüntülərdən anlaşılır ki, işğal edilmiş ərazilərimizə zorla gətirilən Ermənistan vətəndaşları döyüşmək istəmirlər. Bu onu göstərir ki, düşmən ordusunda vəziyyət çox acınacaqlıdır. Cəbhədə döyüşənlərin əksəriyyəti də Livandan, Suriyadan və digər ölkələrdən gətirilən terrorçu və muzdlulardır. Digər tərəfdən, Ermənistanın hərbi-siyasi rəhbərliyi döyüşlərə yetkinlik yaşına çatmayan uşaqları cəlb etməklə beynəlxalq konvensiyaların müvafiq müddəalarını kobud şəkildə pozur”.
“Bütün bunlar onu göstərir ki, işğalçı dövlətin ordusu müzəffər Azərbaycan Ordusunun qarşısında dayanmaq gücündə deyil. Bu da onu deməyə əsas verir ki, qələbəmiz uzaqda deyil. Çünki Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs zəfər yürüşünə çıxıb. Rəşadətli ordumuzun qələbələrinin davamlı olmasını şərtləndirən isə Azərbaycanda mövcud olan milli birlik və həmrəylikdir. Liberal Demokrat Partiyası da yarandığı gündən daim cəmiyyətdə birlik və həmrəyliyin əldə edilməsinə çalışıb. Ona görə də cəmiyyətimizin nümayiş etdirdiyi birlik bizi çox sevindirir. Əlbəttə ki, Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşməsi tam və qəti qələbəni yaxınlaşdırır”, - deyə F.Əliyev bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

