Sadiq Qurbanov: Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır
23.10.2020 [09:10]
“30 ilə yaxındır ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində səylər göstərib, amma işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, riyakarlığı ucbatından sülh danışıqlarında ciddi nəticə əldə edilməsi mümkün olmayıb. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə xalqa müraciəti zamanı bu məqamı xüsusi qeyd edib ki, işğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Vaxtı uzadır, bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma həyata keçirirdilər. Prezident İlham Əliyev ən yüksək tribunalardan, xüsusilə bir müddət əvvəl BMT Baş Assambleyasının tədbirində bütün dünyaya bəyan edib ki, Ermənistan yeni ərazilər uğrunda müharibə planı hazırlayır”.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
S.Qurbanov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmaması onun daha böyük iddialarla çıxış etməsinə rəvac verib: “Hazırda beynəlxalq münasibətlərdə hüquq problemi yaşanır. Ermənistana zamanında beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığına, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna görə sanksiyalar tətbiq edilsəydi, bu qədər azğınlaşmazdı. N.Paşinyanın bu günlərdə “münaqişənin diplomatik həlli yoxdur” açıqlaması da onun danışıqlar prosesinin bərpası ilə bağlı dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara yalvarışlarının riyakarlıq olduğunu sübut edib. Ermənistanın baş naziri beynəlxalq hüququn mövcudluğunu inkar edir, ardınca münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bildirərək bütün hakimiyyət orqanlarını, mülki şəxsləri silahlanmaya çağıraraq onları hərbi əməliyyatlara sövq edir, amma ATƏT-in Minsk qrupunun həmsədrləri seyrçi qalır”.
Azərbaycanın 27 il BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra edilməsini gözlədiyini, lakin onların kağız üzərində qaldığını vurğulayan S.Qurbanov bildirib ki, uzun illərdir, səbir nümayiş etdirən dövlətimiz məsələni özü həll edir: “Azərbaycan Ordusu qısa zamanda bütün ərazilərimizi işğaldan azad edəcək. Həm savaş meydanında, həm də diplomatik müstəvidə sarsıdıcı zərbələrlə qarşılaşan işğalçı ölkə panik duruma düşüb. Şanlı ordumuz düşmənə azərbaycanlılara qarşı etnik təmizləmə aparmağın, soyqırımı törətməyin, vətəndaşlarımızı doğma torpaqlarından didərgin salmağın, beynəlxalq hüququ ayaq altına atmağın bədəlini ödətdirir. Ən nəhayət, Ermənistan “güclü erməni diasporu”, “məğlubolunmaz erməni ordusu” kimi miflərdən ayılmalı, haqq yolunda vuruşan güclü Azərbaycan Ordusunun qarşısında diz çökməli və məğlubiyyətlə barışmalıdır”.
S.Qurbanov onu da bildirib ki, bu gün Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır: “27 il bundan əvvəl, 1993-cü il noyabrın 12-də qəbul edilən Zəngilan rayonunun işğaldan azad edilməsi ilə bağlı 884 saylı qətnamənin icrasını ordumuz layiqincə yerinə yetirib. Hazırda digər 3 qətnamənin icrasına səylər göstərilir. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində böyük əminliklə söylədiyi “Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik” fikirləri və bunların reallıqda öz əksini tapması xalqımızı daha da qürurlandırır. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

