Sabir Rüstəmxanlı: Başlanan bu savaş torpaqlarımızın işğaldan azad olunması ilə başa çatacaq
22.10.2020 [09:04]
“Bu gün dünyanın gözü Azərbaycandadır. Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini diqqətlə izləyir. Dostlar cəbhədən gələn hər uğurlu xəbərə sevinir, düşmən həyəcan və təşviş içindədir. 30 ildir, Azərbaycan torpaqlarının işğal altında olmasını yada salmayan, yüzlərlə insanımızın əsirlikdə işgəncə altında qalmasını görməzdən gələnlər indi dilə gəliblər. Azərbaycan əsgərinin azadlıq savaşında atdığı ilk güllədən dərhal sonra bəzi beynəlxalq dairələr tərəfindən atəşkəs çağırışı səsləndirilir. İllərdir ki, Xocalı soyqırımına, erməni faşizminə, işğal faktına susan bu yalançı sülhpərvərlər indi Azərbaycanın haqq savaşından narahat olublar. Azərbaycan isə beynəlxalq qanunlara və öz konstitusiyasına uyğun olaraq ərazisini qeyri-qanuni silahlı birləşmələrdən azad etmək və Ermənistanın işğalçılığına son qoymaq istəyir. Bu hərbi əməliyyatlara heç bir hüquq və haqq məhdudiyyət qoya bilməz”.
Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı bildirib ki, başlanan bu savaş torpaqlarımızın işğaldan azad olunması ilə başa çatacaq. Azərbaycan xalqı və dövləti açıq düşmələ savaşdan geri durmayacaq və bu düşmənin havadarlarının sözü bizi haqq yolumuzdan qaytara bilməyəcək. Çünki ölkəmizdə güclü birlik və həmrəylik var: “Həmişə bu formatın arzusunda olmuşuq ki, Azərbaycanın siyasi təşkilatları kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq bir araya gəlsinlər. Təkcə siyasi partiyalar yox, digər ictimai-siyasi qurumlar da millətin taleyi ilə bağlı məsələlərdə prinsipial mövqedən çıxış etməyi bacarsınlar. İndi Qarabağda savaş gedir. Belə bir vaxtda milli birliyin əhəmiyyəti daha da artıb. Əslində, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaranması, sonra siyasi partiyalarla keçirilən görüşlər, dialoqun baş tutması Azərbaycanda yeni siyasi vəziyyət yaradıb. İndiki Vətən müharibəsi bu birliyin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu həm də onu göstərir ki, indiki şəraitdə Azərbaycanda Qarabağın azadlığı uğrunda mübarizə ilə bağlı heç bir fikir ayrılığı yoxdur”.
Partiya sədri qeyd edib ki, bu gün Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə vuruşur: “Ermənistanın hərbi-siyasi rəhbərliyi hesab edirdi ki, son hərbi təxribat nəticəsində yenə hansısa ərazini işğal edəcəklər və kimsə də onlara “gözün üstündə qaşın var” deməyəcək. Cəzasız qalacaqlar. Lakin Azərbaycan Ordusunun peşəkar və qətiyyətli davranışı onların niyyətini puç etdi. Təcavüzkar dövlət bilsin ki, işğalda olan torpaqlarımız kənd-kənd azad olunacaq”.
S.Rüstəmxanlı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı aqressiv davranışını da pisləyib: “Erməni xisləti deyilən bir şey var. Onlar heç bir müharibə qanunlarına əməl etmirlər. Bu, əvvəl də belə olub, indi də belədir. Azərbaycan Prezidenti də çıxışlarında qeyd edir ki, bu, erməni faşizmidir. Bu gün erməni faşizmi davam edir. Dövlət başçısı bunu müxtəlif beynəlxalq təşkilatlarda da vurğulayıb. Milli, dini mənsubiyyətə görə soyqırımı törətmək erməninin dəyişməz xislətidir. Onlar üçün müqəddəs heç nə yoxdur. Onlar üçün ana-ata, ağsaqqal, ağbirçək, qadın, uşaq yoxdur. Bunu Xocalı qətliamında da gördük. Müharibənin öz şərtləri var, ancaq Xocalı faciəsi göstərdi ki, ermənilər üçün bu şərtlər mövcud deyil. Hədəflərinə çatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34

