Müşfiq Cəfərov: Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik
21.10.2020 [09:03]
“Ermənistan hər zaman müharibə meydanındakı məğlubiyyətinin heyfini dinc əhalidən çıxıb. Bu, birinci Qarabağ müharibəsində də belə olub. İşğalçı ölkə 1992-ci ildə Xocalıda törətdiyi qətliamı bu gün Gəncədə həyata keçirir. Ermənistan nəinki müharibə cinayətləri törədir, birbaşa dövlət səviyyəsində terror həyata keçirir. Mənfur qonşularımızın əsas məqsədlərindən biri də xalqımızın iradəsini sındırmaqdır. Bunu bacara bilmədikcə daha da quduzlaşan düşmən hər dəfə daha çox mülki insana zərər yetirir”.
Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov bildirib ki, Ermənistan ordusunun zəifliyi müharibənin ilk günlərindən ortaya çıxdı. Bu səbəbdən də düşmən xaricdən muzdlu döyüşçülər gətirərək döyüşlərə cəlb edir: “Müxtəlif ölkələrdən terrorçu qruplaşmaların üzvlərini münaqişə bölgəsinə cəlb edən, Gəncə və Mingəçevir kimi böyük şəhərlərimizi hədəfə alan düşmən məqsədinə nail ola bilmir. Biz öz torpaqlarımızdan işğalçını qovub təmizləmək istədiyimiz halda, onlar digər bölgələrimizdə terror aktları, müharibə cinayətləri törədirlər. Bu, bütün dünyada qəbul olunmuş hüquq və azadlıqların, bəşəri dəyərlərin, humanitar hüquq normalarının, müharibə qaydalarının açıq-aydın pozulmasıdır. Müharibənin aparılmasının da öz qaydaları var. Lakin düşməndə bu anlayışlar yoxdur. Biz regionda sülhün, təhlükəsizliyin, iqtisadi-siyasi rifahın tərəfdarıyıq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında daim qeyd edib ki, Ermənistan region üçün çox böyük təhlükədir”.
Millət vəkili söyləyib ki, artıq Azərbaycan status-kvonu ləğv etdi. Prezident İlham Əliyev hər zaman vurğulayırdı ki, status-kvo dəyişdirilməli, ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olmalıdır: “Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə açıq bəyanat yayıblar. ATƏT-in sədri də status-kvonun dəyişdirilməli olduğunu çox açıq şəkildə bəyan etmişdi. Bu status-kvonun dəyişdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunmasına başlanması deməkdir. Bunu bu gün Azərbaycan özü həyata keçirir”.
“Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq müstəqilliyimizin ilk illərində humanitar fəlakətlə üzləşmişdik. Həmin dövrdə xalqımızın bir milyonu ev-eşiyindən didərgin düşmüş, məcburi köçkünə çevrilmişdi. Beynəlxalq hüquq münaqişə və müharibə vəziyyətində insan hüquqlarının müdafiəsinin əsas elementlərini və onun icra mexanizmlərini ətraflı tənzimləyir. Müstəqillik illərində Azərbaycanda bu istiqamətdə zəruri normativ-hüquqi aktlar qəbul edilib, mexanizmlər yaradılıb, tədqiqatlar aparılıb, bir sıra məsələlərə aydınlıq gətirilib. Lakin Ermənistan bu normativ hüquqi aktların heç birinə məhəl qoymadan Azərbaycana qarşı faşist siyasətini davam etdirir. Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik. Qarabağ Azərbaycandır!”, - deyə M.Cəfərov vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

