/ / ATƏT-ə üzv dövlətlərin nümayəndələri Ermənistanın humanitar atəşkəsi pozması barədə ətraflı məlumatlandırılıblar
ATƏT-ə üzv dövlətlərin nümayəndələri Ermənistanın humanitar atəşkəsi pozması barədə ətraflı məlumatlandırılıblar
17.10.2020 [08:27]
Oktyabrın 16-da Vyanada ATƏT-in Daimi Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və yaşayış məntəqələrini atəşə tutması müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi vəziyyətlə bağlı iştirakçı ölkələrin təmsilçilərini məlumatlandırıb. Bildirilib ki, Rusiyanın vasitəçiliyi ilə münaqişə tərəfləri oktyabrın 10-da Moskvada humanitar atəşkəsə dair razılaşma əldə ediblər. Lakin bu razılaşmaya baxmayaraq, Ermənistanın silahlı qüvvələri cəbhə xətti boyunca Azərbaycanın mülki əhalisi və mülki obyektlərə qarşı birbaşa hücumları davam etdirib, 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüquqla daşıdığı öhdəlikləri kobudcasına pozub. Bu faktlar onu göstərir ki, Ermənistanın atəşkəsi dəstəkləməsi və ona əməl etməsi barədə vədləri həqiqəti əks etdirmir. Şübhəsiz ki, Ermənistanın məqsədi insanların həyatını xilas etmək və münaqişəni sülh yolu ilə həll etmək deyil, atəşkəs pərdəsi altında növbəti təcavüzə hazırlaşmaq olub.
Beləliklə, Ermənistan atəşkəsdən dərhal sonra Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb, eyni zamanda, Hadrut və Cəbrayıl istiqamətində hücuma keçməyə çalışıb, eləcə də həlak olmuş əsgərlərin cəsədini toplayan tibbi heyəti də atəşə tutmaqdan çəkinməyib. Eyni zamanda, humanitar atəşkəs elan edildikdən dərhal sonra, yəni oktyabrın 11-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncənin raket hücumuna məruz qalması geniş şəkildə iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, cəbhə bölgəsindən kənarda yerləşən və “SCUD“ ballistik raketi ilə atəşə tutulan şəhərdə 10 mülki şəxs öldürülüb, 40-dək mülki şəxs yaralanıb. Bu hücum ATƏT-in iştirakçı dövlətinin “SCUD“dan istifadə etməklə mülki əhaliyə hücumunu əks etdirən ilk tarixi hadisə kimi tarix kitablarına düşəcəkdir.
Bildirilib ki, Azərbaycanın mühüm infrastruktur obyektləri və böyük şəhərləri müxtəlif istiqamətlərdən raket və top atəşinə tutulmaqdadır, mülki insan tələfatı günbəgün artmaqdadır. Bununla yanaşı, MDB və Yaxın Şərq ölkələrindən Ermənistana gizli şəkildə silah daşınması, eləcə də “könüllülər” adı altında terrorçu və muzdlu döyüşçülərin Ermənistana göndərilməsi bu ölkənin yeni hücum əməliyyatlarına hazırlaşdığını sübut edir. Qeyd edilib ki, bu fəaliyyətlərin həyata keçirildiyi və ya maliyyələşdirildiyi ATƏT-ə üzv dövlətlər də məsuliyyət daşıyırlar. Bu baxımdan ATƏT-ə üzv dövlətlərin müvafiq orqanları istər öz vətəndaşı, istərsə də tranzit olaraq bu ölkənin ərazisindən keçərək Ermənistana gedənlərlə, həmçinin artan “səyahət” intensivliyi ilə bağlı lazımi səy göstərməli və profilaktik sərhəd nəzarəti tədbirləri görməli, ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı terror fəaliyyətlərini dəstəkləmək və ya maliyyələşdirmək üçün istifadə edilməsinin qarşısını alan addımlar atmalıdır.
Çıxışda, həmçinin qeyd edilib ki, Ermənistanın mülki şəxslərə yönəlmiş hücumları, mülki şəxslərin öldürülməsi və yaralanması, eləcə də mülki şəxs və obyektlərə ayrı-seçkilik qoymadan zərər vurulması müharibə cinayətidir. Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatları aparmadığını və humanitar atəşkəsə riayət etdiyini dəfələrlə vurğulayıb. Azərbaycan humanitar atəşkəs şərtlərinə sadiq qalır, lakin Ermənistanın mülki əhaliyə və şəhərlərə hücumlarına biganə qalmayacaqdır. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhaliyə ziyan vurmamaq üçün hər cür səy göstərir. Ermənistanın hərəkətləri isə təkcə Azərbaycan mülki əhalisinə deyil, həm də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarına zərər vurmağa hədəflənib. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə işğal olunmuş ərazilərdəki mülki əhaliyə döyüş bölgəsindən uzaq durmağa çağırsa da, Ermənistan tərəfi işğal olunmuş ərazilərdə sərbəst gediş-gəliş üçün məhdudiyyətlər tətbiq edib və çağırış yaşındakı kişi əhalinin ərazini tərk etməsini qadağan edib.
Azərbaycanın münaqişənin dinc yolla və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə tərəfdar olduğu da vurğulanıb, bunun üçün BMT-nin müvafiq qətnamələri və digər beynəlxalq təşkilatların qərarlarının icra edilməli olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, münaqişənin həlli Azərbaycanın beynəlxalq hüquq çərçivəsində onun beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə mümkündür və Azərbaycan bu çərçivədən kənarda heç bir siyasi həll yolunu qəbul etmir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

