/ / Tahir Kərimli: Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi yönündə yürütdüyü siyasətin uğurla nəticələnəcəyinə inanıram
Tahir Kərimli: Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi yönündə yürütdüyü siyasətin uğurla nəticələnəcəyinə inanıram
17.10.2020 [07:53]
“Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin iştirakı ilə oktyabrın 3-də “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüşün böyük əhəmiyyəti var”. Bu fikirləri Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
T.Kərimli xatırladıb ki, bir neçə gün əvvəl 50 siyasi partiya birgə bəyanat qəbul edərək ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə dəstək nümayiş etdirdi. Onun sözlərinə görə, “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüşdə də bu dəstək bir daha ifadə olundu: “Görüşdə partiya rəhbərləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində dövlət başçısının atdığı addımları təqdir etdiklərini bildirdilər. Biz bu məsələdə reallığı, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün üzərimizə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirməyə çalışacağıq. Bütövlükdə, Azərbaycan Ordusu tərəfindən işğalçılara layiqli cavab verilməsi, bir sıra yaşayış məntəqələrinin, strateji yüksəkliklərin azad olunması ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar kimi, Vəhdət Partiyasının üzvlərini də sevindirir. Mən bir Azərbaycan vətəndaşı kimi Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi yönündə yürütdüyü siyasətin uğurla nəticələnəcəyinə inanıram. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Hər kəsin diqqəti bu gün Qarabağdadır”.
Partiya sədri hazırkı vəziyyətdə cəmiyyətimiz, o cümlədən siyasi partiyaların təmsilçiləri tərəfindən milli həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb: “Əksər siyasi partiyalar, cəmiyyətimizin bütün təmsilçiləri torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə Ali Baş Komandanın əmrinə hazırdır. Bu yöndə bütün xalqımızın vahid mövqeyi və ruh yüksəkliyi mövcuddur. Bu gün bizim partiyamızın üzvləri dünyada yaşayan soydaşlarımızla əlaqə saxlayır, onlara Qarabağ həqiqətlərini, haqq işimizi çatdırırlar. Soydaşlarımız da həmin ölkələrin ictimaiyyətini məlumatlandırırlar”.
T.Kərimli hesab edir ki, siyasi partiyaların mövqeyi həm milli həmrəylik, həm də siyasi birlik nümunəsidir. Vətənin bütövlüyü üçün bu birlik olduqca vacibdir. Onun fikrincə, heç bir siyasi partiya bu prosesdən kənarda qalmamalıdır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

