Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
16.10.2020 [09:17]
Oktyabrın 14-də Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Spiker Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib, təşkilatın Bakıdakı ofisinin ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə fəal iştirakını vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Sahibə Qafarova BMT-nin bu münaqişəyə dair 4 qətnaməsinin Ermənistan tərəfindən bu günədək yerinə yetirilmədiyini təəssüf hissi ilə qeyd edib. Bildirilib ki, Ermənistan BMT kimi nüfuzlu təşkilatın qərarlarına məhəl qoymayaraq işğalçılıq siyasətindən əl çəkmir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir nəticə verməyib. Yeni ərazilər iddiasına düşmüş Ermənistan isə təxribatlarını davam etdirir. Bu da regionda gərginliyin artmasına səbəb olur.
Spiker Ermənistan silahlı qüvvələrinin Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoyduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib.
Qeyd edilib ki, Milli Məclis yaranmış vəziyyətlə əlaqədar bir sıra ölkələrin parlamentlərinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.
S.Qafarova deyib ki, Azərbaycan problemin beynəlxalq hüququn normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Ermənistan isə hər dəfə öz davranışları ilə beynəlxalq hüquqa məhəl qoymadığını bütün dünyaya nümayiş etdirir.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai səmimi görüşə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda yaranmış vəziyyət haqqında ətraflı məlumata görə Milli Məclisin Sədrinə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun münaqişə ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb. Qulam İshaqzai problemin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib.
Sonra qonaq qlobal pandemiya - COVID-19-a qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini və gördüyü işləri təqdir edib. Qeyd edilib ki, BMT-nin Bakı ofisi bu məsələ ilə əlaqədar TƏBİB-lə daim əlaqə saxlayır və növbəti illər üçün Azərbaycan dövləti ilə birgə görüləcək işlərin planı hazırlanır.
Görüşdə BMT ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28

