Milli Məclisin deputatı Hikmət Babaoğlu: Müstəqilliyimizin son 17 ili bizim qürur tariximizdir
16.10.2020 [09:11]
“Bu gün cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 17 il ötür. Son 17 il ərzində Azərbaycan dövlətçilik tarixində heç vaxt əldə etmədiyi qədər böyük nailiyyətlər əldə edib. Xüsusən Azərbaycan indiki mürəkkəb tarixi şəraitdə cəmi 17 il ərzində dövlətin, dövlətçiliyin və insani resursların inkişafı ilə bağlı 100 illik bir inkişaf yolu keçib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, mən bu yanaşmanı bir qədər daha konkretləşdirərək sadəcə bu gün çox aktual olan bir faktın üzərindən fikirlərimi əsaslandırmaq istəyirəm: “Bu, hərbi, ordu quruculuğu faktorudur. Çünki dövlətin dövlət olmasını təmin edən, heç şübhəsiz ki, onun ordusudur. Sadəcə ordu quruculuğu üzərindən biz son 17 ildə əldə etdiyimiz nailiyyətləri göz önündən keçirsək, görəcəyik ki, Azərbaycan məhz XXI əsrin ordusunu qurmaqla bu gün döyüş meydanında xarüqələr yaradır. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın hərbi-siyasi tarixini yenidən yazır. 1828-ci ildən bu günə qədər döyüş meydanında Azərbaycan Ordusunun əldə etmədiyi uğurlar əldə edib, zəfərlər qazanır. Hətta bu tarixi bir qədər də geriyə çəkmək olar. 1847-ci ildə Nadir Şahın ölümündən və Əfşarlar dövlətinin süqutundan sonra Azərbaycan çoxsaylı savaşlar apardı. Qacarlar sülaləsi yenidən hakimiyyətə gələrək imperiya qurdu, amma əksər hallarda müharibələrdə məğlub oldular”.
Hikmət Babaoğlu vurğulayıb ki, millətimizin hərbi-siyasi tarixini bir bütöv olaraq götürsək, hazırkı tarixi mərhələdəki bu dövr məhz təqribən son 250 ildə Azərbaycanın böyük zəfərlər əldə etdiyi dövr kimi xarakterizə olunur və gələcəkdə tarixçilər də bunu bu cür qiymətləndirəcəklər: “Düşünürəm ki, ordu quruculuğunda Azərbaycan Prezidenti necə ki XXI əsrin ordusunu yarada bilibsə, dövlət quruculuğunun bütün istiqamətlərində də eyni uğurla, eyni keyfiyyətdə nailiyyətlər əldə etməyi bacarıb. Bu hadisələr o qədər əhəmiyyətlidir ki, bundan sonrakı tarixi dönəm nəinki xalqımızın dövlətçilik tarixində yeni bir mərhələ açacaq, eyni zamanda, bütövlükdə Cənubi Qafqazda yeni münasibətlər sisteminin əsasını qoyacaq. Bu münasibətlər sistemində Azərbaycan tarixən oynadığı rolu yenidən özünə qaytarmış olacaq. Ona görə də müstəqilliyimizin son 17 ilindəki tarix bizim qürur, inkişaf, özünədönüş tariximizdir”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

