İtaliya parlamenti önündə “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib
16.10.2020 [09:06]
İtaliyada yaşayan həmvətənlərimiz bu ölkənin parlamentinin Deputatlar Palatasının qarşısında “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə razılaşdırılmış aksiya keçiriblər. Aksiyada ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Roma Sapienza Universitetinin professoru, həmin Universitetdə Azərbaycanşünaslıq fəaliyyətinin rəhbəri Daniel Pommier Vinçelli, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Neapol-Bakı Assosiasiyasının rəhbəri Cüzeppe Kanilia, İtaliyadakı Azərbaycan icmasının nümayəndələri Fərid Abbasov, Aynur Əliyeva, Turan Sadiqi, Məryəm Mehdiyeva, Lamiyə Arikova çıxış ediblər.
Onlar çıxışlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün 30 ilə yaxın davam etməsi, bu təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyi, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü, Ermənistanın çoxsaylı müharibə cinayətləri, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyi, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadığını bildiriblər.
Çıxış edənlər Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı növbəti hərbi təcavüzə başladığı, bunun nəticəsində istər təmas xəttinə yaxın, istərsə də ondan uzaqda olan şəhər və qəsəbələrimizi raket hücumlarına məruz qoyduğu, mülki obyektlərə və mülki şəxslərə ziyan vurduğu, çoxsaylı dinc insanların qətlə yetirilməsi və yaralanması barədə məlumat veriblər. Həmçinin Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində uğurlarından ciddi narahat olan Ermənistanın və onun təsiri altında olan çevrələrin Azərbaycana qarşı hibrid müharibəsi apardığı, ölkəmiz, münaqişənin mahiyyəti və hərbi əməliyyatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildiriblər. Aksiya iştirakçıları Azərbaycanın ədalət tələb etdiyini və bunun üçün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə qeyd olunduğu kimi Azərbaycan torpaqlarından Ermənistanın işğalçı hərbi qüvvələrinin çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasının vacibliyini vurğulayıb və yalnız bununla bölgəyə sülh və sabitliyin gələcəyini deyiblər.
Aksiyada, habelə “Qarabağ Azərbaycandır!”, “Şuşa Azərbaycandır!”, “Xankəndi Azərbaycandır!”, “Xocalıya ədalət!”, “Erməni təcavüzünə son!”, “Erməni işğalına son!”, “Ermənistan əsgərləri Azərbaycan torpaqlarında nə edir?”, “BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir”, “Təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmalıdır”, “Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünü pisləməlidir”, “Gəncə, güclü ol!”, “Tərtər, güclü ol!” və digər şüarlar səsləndirilib.
Aksiyanı izləyən və həmin ərazidən keçən şəxslərə xüsusi olaraq hazırlanmış məlumat vərəqələri, müvafiq xəritələr və təbliğat materialları paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

