Siyasi həmrəylik milli birliyi gücləndirən strateji amildir
16.10.2020 [08:49]
Azərbaycanda 50 siyasi partiyanın ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində ölkə Prezidenti, Ali Baş Komandanımıza qətiyyətli dəstək ifadə etməsi cəmiyyətin ümummilli məsələdə vahid mövqedən çıxış etdiyini göstərir
Azərbaycan Ordusunun cəbhə xəttində düşmənə qarşı apardığı uğurlu əməliyyatlar işğal altında olan ərazilərimizin azad edilməsi ilə yanaşı, xalqımızın milli birliyinin güclənməsini təmin edib. Qeyd etmək lazımdır ki, bu gün siyasi baxışlarından asılı olmayaraq hər kəs yalnız bir hədəf - işağl altında olan torpaqlarımızın azad olunması üçün bütün gücünü səfərbər edir. Ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması və Ermənistanın işğalçı siyasətini qınaması da məhz bu milli birliyin təzahürüdür. Vurğulayaq ki, siyasi partiya rəhbərlərinin imzaladığı bəyanatda Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin, Ali Baş Komandanın yanında olduğu xüsusi olaraq vurğulanıb. Bu birgə bəyanatın milli və siyasi həmrəyliyin parlaq göstəricisi olması isə oktyabrın 3-də keçirilən “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfransda da bildirilib. Vurğulayaq ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə Azərbaycanda mövcud olan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.
Təəssüfləndirici haldır ki, ölkəmizdə həyata keçirilən islahatların üzərinə kölgə salmağa çalışan, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən bəzi qüvvələr dövlətimizin və xalqımızın bu çətin və şərəfli günündə də birlik, bərabərlik kimi milli çağırışlara qoşulmadılar. Müsavat Partiyası və AXCP-nin torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək verməməsi onların səmimi olmadıqlarını və əsl simalarını göstərdi.
Milli həmrəyliyə xidmət edən hər bir addım böyük əhəmiyyətə malikdir
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev hazırkı dövrdə tariximizin ən məsuliyyətli dövrünü yaşadığımızı diqqətə çatdırıb. Partiya sədri vurğulayıb ki, işğal altındakı torpaqlarımızın azad olunması prosesinin getdiyi bir vaxtda bütün cəmiyyətimizin vahid mövqedən çıxış etməsi mühüm amildir. Onun sözlərinə görə, 50 siyasi partiya rəhbərinin birgə bəyanat imzalaması, ardından isə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüşün keçirilməsi böyük önəm kəsb edir: “Bu videokonfransda ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdirdilər. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və Onun yanında olduqlarını bildirdilər. Qeyd etdiyim kimi, biz müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayırıq. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım böyük əhəmiyyətə malikdir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür. Hesab edirəm ki, bu gün hər bir vətəndaş siyasi baxışlarından asılı olmayaraq Qarabağı düşünməlidir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların həmrəylik nümayiş etdirməsi, Ali Baş Komandanın ətrafında daha sıx birləşməsi, dövlətçilik mövqeyindən çıxış etməsi böyük əhəmiyyət daşıyır”.
Siyasi dialoq prosesi milli həmrəyliyə çox mühüm töhfədir
Yeni Zaman Partiyasının sədri Musa Ağayev isə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı olaraq dəstəklədiklərini bildirib. M.Ağayevin sözlərinə görə, Ali Baş Komandanımızın qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə verdiyi qərara əksər siyasi partiyalar qəbul etdikləri birgə bəyanatla dəstək veriblər: “30 ilə yaxındır, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır, təcavüzkar ölkə hərbi təxribatlarını davam etdirir və münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqları işğalçı Ermənistanın destruktiv mövqeyi səbəbindən nəticəsiz qalıb. Əks-hücum əməliyyatlarının başladığı ilk gündən rəhbərlik etdiyim Yeni Zaman Partiyası da daxil olmaqla 50 siyasi partiyanın həmrəylik nümayiş etdirməsi cəmiyyətimizin birliyini göstərir”.
M.Ağayev onu da bildirib ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı qələbə uğrunda çalışmalıdır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan rəhbərliyinin tarixi missiyasına dəstək bəyanatına qoşulmayanların mövqeyini düzgün hesab etməyən partiya sədri deyib ki, indiki halda dövlətimizin missiyası Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasıdır və bunun əksinə mövqe sərgiləyənlərə heç bir bəraət yoxdur. “Partiyalar arasında həmrəyliyin əldə olunmasında bu ilin əvvəlindən siyasi dialoqun dərinləşdirilməsi istiqamətində atılan addımlar böyük rol oynayıb. Azərbaycanın gələcək inkişafına, ölkənin nüfuzunun beynəlxalq müstəvidə daha da artmasına töhfə baxımından ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə atılan addımlar mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, milli həmrəyliyin təmin olunmasında siyasi dialoq vacib amildir və bu prosesin gələcəkdə də müsbət nəticələri olacaq”, - deyə M.Ağayev əlavə edib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

