/ / Polad Bülbüloğlu: Hazırda Azərbaycan cəmiyyəti Respublika Prezidentinin yürütdüyü xətti tamamilə dəstəkləyir və ən yüksək vətənpərvərlik ruhu nümayiş etdirir
Polad Bülbüloğlu: Hazırda Azərbaycan cəmiyyəti Respublika Prezidentinin yürütdüyü xətti tamamilə dəstəkləyir və ən yüksək vətənpərvərlik ruhu nümayiş etdirir
08.10.2020 [09:40]
Hazırda Azərbaycan cəmiyyəti Respublika Prezidentinin yürütdüyü xətti tamamilə dəstəkləyir və ən yüksək vətənpərvərlik ruhu nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu fikri TASS agentliyinə müsahibəsində söyləyib.
Səfir qeyd edib ki, Dağlıq Qarabağ ətrafında indiki hərbi qarşıdurmanın qarşısını almaq olardı, lakin Ermənistanın siyasəti Azərbaycanı cavab tədbirləri görməyə sövq edib.
Diplomat deyib: “Ermənistanın Baş nazirinin son vaxtlar bəyan etdiyi “Qarabağ Ermənistandır və nöqtə” sözləri ATƏT-in Minsk qrupunun 28 il ərzində apardığı işin üstündən xətt çəkdi və danışıqların davam erdirilməsi mənasız oldu. Azərbaycan tərəfi Ermənistan rəhbərliyinin danışıqların formatını dəyişmək cəhdləri ilə, habelə istər təmas xəttində, istərsə də ondan uzaqlarda təxribatlarla üzləşdi”.
Səfirin sözlərinə görə, Bakı Yerevanın Qarabağ məsələsinə dair mövqeyinin dəyişməli olması barədə dəfələrlə xəbərdarlıq etdi, lakin erməni tərəfindən məqbul reaksiya görünmədi. Polad Bülbüloğlu deyib: “Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, xalq gözləməkdən yorulub və Azərbaycan öz tarixi torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq, biz məsələnin dinc yolla həll edilməsini istəyirik. Prezident dəfələrlə deyib ki, zərurət yarandıqda Azərbaycan öz ərazilərini güc tətbiq etməklə azad edəcək. Lakin bizi eşitmədilər”.
P.Bülbüloğlu onu da vurğulayıb ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanması məqsədilə uzun illər ərzində konstruktivizm və xoş məram nümayiş etdirərək danışıqlar prosesində tam məsuliyyətlə iştirak edib. Bununla bərabər, respublika rəhbərliyi göstərirdi ki, danışıqlar əbədi davam edə bilməz və onların nəticəsi olmalıdır. Səfirin sözlərinə görə, ATƏT-in Minsk qrupuna daxil olan ölkələr də status-kvonun məqbul olmamasını dəfələrlə bəyan ediblər. O deyib: “Bunun cavabında erməni tərəfi hər dəfə müəyyən bəhanələr taparaq işğal edilmiş ərazilərdən çıxıb getməyi uzadırdı”. Səfir qeyd edib ki, 1949-cu il Cenevrə konvensiyalarını pozmaqla Suriya və Livandan erməni ailələrinin Şuşa şəhərinə köçürülməsi münaqişənin tezliklə nizamlanması üçün illər boyu göstərilən səylərə ziyan vurub və əvvəl əldə edilmiş razılaşmaların üstündən xətt çəkib. O deyib: “Beynəlxalq birlik hər şeyi görməzliyə vurmaq mövqeyi tutdu və guya heç nə baş verməmiş kimi, susmağa üstünlük verdi. Bu mövqe təcavüzkarın əl-qolunu tamamilə açdı və o, yeni ərazilər tutmaq üçün müharibəyə hazırlaşdığını bəyan etməyə, Azərbaycanın dinc şəhərlərini və kəndlərini intensiv atəşə tutmağa, təxribatlar törətməyə və özünün cəzasızlığını nümayiş etdirməyə başladı”.
P.Bülbüloğlu əminliklə bildirib ki, hazırda Azərbaycan cəmiyyəti Respublika Prezidentinin yürütdüyü xətti tamamilə dəstəkləyir və ən yüksək vətənpərvərlik ruhu nümayiş etdirir. Səfir sonda deyib: “Hamı bir nəfər kimi bizim Ali Baş Komandanın ətrafında sıx birləşib. Ölkəmizin müasir tarixində ilk dəfədir ki, bütün siyasi partiyalar - onların sayı 50-dən çoxdur - o cümlədən müxalifət partiyaları Prezidentin yürütdüyü, işğal olunmuş ərazilərin azad edilməsinə yönəlmiş fəaliyyət xəttini tamamilə dəstəklədiklərini bəyan ediblər. Bizim Prezidentin dediyi kimi: “Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, bunu Azərbaycan özü edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

