Müdafiə Nazirliyinin mətbuat katibi: Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirir
07.10.2020 [08:53]
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş dəstək və təminat vasitələri darmadağın edilib. Ötən müddətdə düşmənin 63-cü tank taborunun daha 3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi məhv edilib. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 6-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülüb. Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb. Alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Eyni zamanda, hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq əməliyyat zonasından uzaqlaşıblar. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad edilib. Ordumuz cəbhənin bütün istiqamətlərində üstünlüyü əldə saxlamaqla əks-hücum əməliyyatını uğurlar davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən zəruri ehtiyaclar tam təmin edilir. Sosial şəbəkələrdə bu mövzuda yayılmış bir sıra əsassız və qərəzli xarakter daşıyan məlumatlar yersizdir. Vətəndaşlardan Müdafiə Nazirliyinin “qaynar xətti”ni bu məsələ ilə əlaqədar məşğul etməmələri xahiş olunur.
Oktyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirənin keçirildiyini xatırladan A.Eyvazov bildirib ki, müşavirədə mövcud vəziyyət təhlil olunaraq, düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl şəkildə darmadağın edilməsi tapşırılıb. Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verib və düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.
Bildirilib ki, cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən şəhər və rayonlarımızda əhalinin kompakt olduğu yerlərə, mülki infrastruktura sistemli şəkildə raket zərbələri endirir. Ötən müddətdə düşmən tərəfindən Gəncə, Mingəçevir, Beyləqan, Horadiz, Tərtər, Ağcabədi, Bərdə, o cümlədən Tərtər, Goranboy və Göygöl rayonları raket və artilleriya atəşinə tutulub. Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışlarını qeydə alıb. Ermənistanın bu müharibə cinayətləri məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir.
Erməni KİV-lərinin dezinformasiyaları Azərbaycan tərəfindən iflic edilmiş Ermənistan işğalçı ordusunun şəxsi heyətinin, eləcə də təşviş və kütləvi psixoz vəziyyətində olan Ermənistan əhalisinin yanlış yöndə istiqamətləndirir. Ermənistan yüksək çinli məmurlarının yalan və iftiraları məsələni daha da alovlandırır. Düşmənin ordu komandanlığı işğal edilmiş ərazilərdə nəzarəti itirməsi, həmçinin məğlubiyyətin qaçılmaz olduğunu dərk etməsinə baxmayaraq, qeyri-insani xislət nümayiş etdirir və sanki vətəndaşlarının tələf olmasını istəyir. Azərbaycan tərəfi döyüş bölgəsində humanitar dəhlizlərin açılması, beynəlxalq humanitar hüquq norma və prinsiplərinin tətbiq edilməsi barədə hazır olduğu barədə erməni ailəsinə müraciət edib. Müraciət həyatını qurtarmaq məqsədilə könüllü qaydada təslim olmaq istəyən hərbi qulluqçulara da şamil edilir.
A.Eyvazov diqqətə çatdırıb ki, Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq, hərbi hüquq, habelə beynəlxalq humanitar hüquq normaları və Cenevrə Konvensiyasının müddəaları döyüş hazırlığının tərkib hissəsidir. Bu müstəvidə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən Beynəlxalq Qırmızı Xaç Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Hərbi Prokurorluq ilə qarşılıqlı əməkdaşlıq münasibətləri qurulub. Azərbaycan Ordusunun bölmələri döyüş əməliyyatlarının aparıldığı ərazilərdə beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair memorandumun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Hərbi qulluqçularımız əməliyyatda iştirak etməyən şəxslərin mühafizəsini təşkil etmək, onlara tibbi və digər yardım göstərmək, eləcə də itkin düşmüş və vəfat etmiş şəxslərlə davranış qaydalarına əməl edir. Silah tətbiq etmə qaydalarına da tam olaraq riayət edilir.
Bildirilib ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu işğal edilmiş ərazilərimizdə yalnız Ermənistan ordusuna aid legitim obyektləri hədəfə alır. Şəraitin imkan verdiyi hallarda mülki əhalinin qabaqcadan məlumatlandırılması, həmçinin nəzarətimizdə olan əhalinin düşmən zərbələrindən qorunması tədbirləri ordumuz tərəfindən həyata keçirilir. Bir daha qeyd edirik ki, Azərbaycan Ordusu beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair memorandumun müddəalarını rəhbər tutaraq beynəlxalq humanitar hüququn prinsip və normalarına tam əməl edir.
Sonda Müdafiə Nazirliyinin mətbuat katibi Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən hazırlanaraq, Azərbaycan Ordusunun şəxsi heyətinə, xüsusilə ön xətt bölmələrinə paylanılan və dərs vəsaiti kimi tədris edilən broşürlər barədə məlumat verib. Bildirilib ki, broşürlərdə hərbi qulluqçuların davranış, eləcə də döyüş zamanı yaralananlara və zərər çəkənlərə ilkin tibbi yardım və s. məsələlər barədə qaydalar əksini tapıb. Həmçinin broşürlərdə Azərbaycan Respublikasının üzərinə götürdüyü bəzi öhdəliklər və prinsiplər də yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

