Milli Məclisdə Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib
06.10.2020 [10:00]
Oktyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Bu barədə AZƏRTAC-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin Sədri deyib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarının başlamasının ilk dəqiqələrindən Prezident Rəcəb Tayyib Ərdoğan birmənalı mövqe ortaya qoydu, Türkiyə xalqının və dövlətinin Azərbaycanın yanında olduğunu bildirdi. “Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop şəxsən mənə zəng edərək öz dəstəyini ifadə etdi, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar öz mövqelərini ortaya qoydular”, - deyə Sədr diqqətə çatdırıb.
Milli Məclisin Sədri Azərbaycana verilən bu dəstəyə görə Türkiyə xalqına, dövlətinə və rəsmilərinə dərin təşəkkürlərini çatdırmağı səfirdən xahiş edib. Sədr Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiyanın da Ermənistanın ölkəmizə qarşı təxribatlarını pisləyən Birgə Bəyanatla çıxış etməsini yüksək qiymətləndirdiyini ifadə edib. Milli Məclisin Sədri TBMM Sədrinə yazdığı məktubda siyasi partiyaların bu dəstəyinə görə təşəkkürünü bildirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Türkiyənin ölkəmizə hərtərəfli dəstəyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” fəlsəfəsinə uyğundur.
Sahibə Qafarova Ermənistanın təxribatları ilə bağlı Türkiyənin televiziya kanallarının mütəmadi verilişlər hazırladığını, “TRT Haber”in ondan müsahibə aldığını da xatırladıb. Sədr Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, deputat Ravza Kavakçının da telefon zəngini və ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib.
Bu görüşdən və Milli Məclisin Sədrinin sözlərindən dərin məmnunluq duyduğunu bildirən Erkan Özoral diqqətə çatdırıb ki, Qafqaz İslam Ordusunun 100 illiyinin və Azərbaycanın Dağlıq Qarabağın azad edilməsi uğrundakı zəfər yürüşünün onun səfir olduğu dövrə təsadüf etməsinə görə özünü çox şanslı hesab edir. Səfir Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəkkürlərini Türkiyə xalqına, dövlətinə və rəsmilərinə çatdıracağını qeyd edib. Bildirib ki, Azərbaycan Türkiyənin qardaşıdır, Türkiyə qardaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu istiqamətdə addımlarını atmağa davam edəcək.
Söhbətin sonunda ən qısa müddətdə Azərbaycan Ordusunun qələbə xəbərlərinin eşidiləcəyinə əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27

