Rauf Arifoğlu: Azərbaycan bütövlükdə Ali Baş Komandanın, ölkə Prezidentinin ətrafında birləşib
03.10.2020 [09:10]
“50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatı Azərbaycanın bir xalq olaraq, ayrı-ayrı zümrələr olaraq, siyasi düşərgələr olaraq Ali Baş Komandanın ətrafında birləşmə modelinin göstəricisidir. Bu bəyanatın olduqca böyük siyasi və faktoloji əhəmiyyəti var. İmzalanan birgə bəyanat həm də dünya ictimaiyyətinə bir mesajdır. Bu gün Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə aparır. Bu gün ölkəmizin siyasətinin əsas prioriteti Dağlıq Qarabağ siyasətidir. Belə siyasi həmrəyliyin, təbii ki, Qarabağ döyüşlərində böyük faydası var. Hazırda Azərbaycan bütövlükdə - siyasətçisi, sadə adamı, yazıçısı, vətəndaşı ilə bərabər Ali Baş Komandanın, ölkə Prezidentinin ətrafında birləşib. Bu fakt Azərbaycanın artıq Qarabağ uğrunda Vətən müharibəsinə tam hazır olduğunun göstəricisidir”.
Bu fikirləri qəzetimizə açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. Onun sözlərinə görə, bu siyasi birliyin formalaşmasında ölkəmizdəki siyasi dialoq mühitinin də böyük rolu olub. Azərbaycanın regionda ən islahatçı ölkələrdən biri olduğunu diqqətə çatdıran baş redaktor iki ildən artıqdır ki, Azərbaycanda yeniləşmə prosesinə başlanıldığını xatırladıb. “Məhz bu yeniləşmə prosesi siyasi hakimiyyətin müxalifətlə münasibətlərinin yenidən dizayn olunmasına gətirib çıxarıb. Bir ilə yaxındır ki, ölkədə dialoq mühiti hökm sürür. Prezident Administrasiyasında yaradılan Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş şöbəsi fəaliyyətə başladığı andan Azərbaycanda siyasi dialoq mühiti bərpa olunmaqdadır. Məhz münasibətlərin sağlam bir məcraya oturdulması səbəbindən artıq düşərgələr arasında qarşılıqlı etimad və dialoq mühiti mövcuddur. Bu, həm də lazım olan anda bir yumruq kimi birləşməni təmin edir. Təbii ki, söhbət yalnız bir bəyanata imza atmaqdan getmir. Bu birgə bəyanatın mənası, məzmunu və nəticəsi çox əhəmiyyətlidir. Yəni bütövlükdə Azərbaycan siyasi palitrasında təmsil olunan partiyalar aralarındakı fikir ayrılıqlarını kənara qoyaraq vahid hədəf uğrunda hərəkət etməyi bacarırlar”, - deyə əlavə edən R.Arifoğlu onu da bildirib ki, AXCP və Müsavat Partiyasının ilk gündən özlərini dialoq mühitindən kənarda qoymaları təəssüfləndirici haldır.
R.Arifoğulu qeyd edib ki, Azərbaycana təhlükə ola biləcək açıq qapılar qoyulmamalıdır: “Dialoqdan başqa yol yoxdur. Təəssüflə qeyd etməliyəm ki, onlar siyasi partiyaların birgə bəyanatına imza atmadılar. Məncə, heç bir bəhanə, heç bir arqument, heç bir firqə marağı onları haqlı çıxara bilməz. Azərbaycan dövləti, xalqı Vətən müharibəsinə qoşulub. Bu gün əsgərimiz cəbhədə düşmənə qarşı döyüşür, Ali Baş Komandan bütün proseslərə və Azərbaycana uğurla rəhbərlik edir. Belə bir məqamda Azərbaycandan çatlaq səs çıxmamalıdır. Onlar nəzərə almalıdırlar ki, eyni zamanda, bu, bir tarixdir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

