/ / Sabir Rüstəmxanlı: Bu gün hamı torpaqlarımızın işğaldan azad olunmasının arzusundadır və bu məsələdə Azərbaycan Prezidentini, ordumuzu dəstəkləyir
Sabir Rüstəmxanlı: Bu gün hamı torpaqlarımızın işğaldan azad olunmasının arzusundadır və bu məsələdə Azərbaycan Prezidentini, ordumuzu dəstəkləyir
02.10.2020 [09:29]
“Ermənistanın son hərbi təxribatları məqsədlidir. 1993-cü ildə Dağlıq Qarabağ və ətraf rayonlar işğal edildikdən sonra ermənilərdə bir cəzasızlıq vərdişi, arxayınlıq yaranmışdı. Onlar beynəlxalq qurumların qərar və qətnamələrinə əməl etmirdilər, işğalın daimi olacağını düşünürdülər. Necə deyərlər, “dişlərində şirə qalmışdı”. Hesab edirdilər ki, yeni torpaqlar işğal edəcəklər. Amma bu arzuları gözlərində qaldı”. Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, ermənilər istəyirlər ki, Dağlıq Qarabağın işğalını unudaq: “Eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir məqsədi də diqqəti hazırda ölkələrində yaranmış vəziyyətdən yayındırmaqdır. Məlumdur ki, Ermənistanda iqtisadi böhran hökm sürür. Ölkə iqtisadi fəlakətə doğru gedir. Bu isə baş nazir Nikol Paşinyanın hakimiyyətinə təhlükə yaradır. Azərbaycana qarşı hərbi təxribatlara əl atmaqla onlar diqqəti siyasi böhrandan yayındırmaq istəyirlər”.
VHP sədrinin fikrincə, Ermənistanın hərbi-siyasi rəhbərliyi istəyinə nail ola bilməyib: “Onlar hesab edirdilər ki, yenə hansısa ərazini işğal edəcəklər və kimsə də onlara “gözün üstündə qaşın var” deməyəcək. Cəzasız qalacaqlar. Lakin Azərbaycan Ordusunun peşəkar və qətiyyətli davranışı onların niyyətini puç etdi. Ermənilər bilsinlər ki, işğalda olan torpaqlarımız kənd-kənd azad olunacaq”.
Partiya sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı dinc əhalisinə qarşı aqressiv davranışını da pisləyib: “Erməni xisləti deyilən bir şey var. Onlar heç bir müharibə qanunlarına əməl etmirlər. Bu, əvvəl də belə olub, indi də belədir. Azərbaycan Prezidenti də çıxışlarında qeyd edir ki, bu, erməni faşizmidir. Bu gün erməni faşizmi davam edir. Dövlət başçısı bunu müxtəlif beynəlxalq təşkilatlarda da vurğulayıb. Milli, dini mənsubiyyətə görə soyqırımı törətmək erməninin dəyişməz xislətidir. Ermənilər üçün müqəddəs heç nə yoxdur. Onlar üçün ana-ata, ağsaqqal, ağbirçək, qadın, uşaq yoxdur. Bunu Xocalı qətliamında da gördük. Müharibənin öz şərtləri var, ancaq Xocalı faciəsi göstərdi ki, ermənilər üçün bu şərtlər mövcud deyil. Hədəflərinə çatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar”.
Sabir Rüstəmxanlı qeyd edib ki, bu gün Azərbaycanda siyasi partiyaların mütləq əksəriyyəti fərqli düşünmür: “Bu gün hamı torpaqlarımızın işğaldan azad olunmasının arzusundadır və bu məsələdə Azərbaycan Prezidentini, ordunu dəstəkləyir. Vətəndaş Həmrəyliyi Partiyası olaraq dövlətimizin, ordumuzun və əsgərlərin yanındayıq. Vətəndaş Həmrəyliyi Partiyası torpaqlarımızın işğaldan azad olunması üçün tam səfərbərliyə hazır olduğumuzu bildirir, ordumuza güvənirik. Xalqımızı, vətəndaşları səbrli, təmkinli olmağa, heç bir təxribata inanmamağa çağırırıq. Bu gün Azərbaycan xalqının birlik və həmrəyliyinə həmişəkindən daha çox ehtiyac var. Ordumuz işğal altındakı torpaqlarımızı azad etmək qüdrətinə malikdir. VHP olaraq bir daha xalqımızı birliyə çağırır, ordumuza və dövlətimizə dəstək olduğumuzu bildiririk”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

