İqbal Ağazadə: Vətənin bütövlüyü uğrunda mübarizədə siyasi maraqlar ola bilməz
02.10.2020 [09:28]
“Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda hərbi əməliyyatların başlanması çoxdan arzuolunan idi. Başlanan əməliyyatlar Azərbaycan xalqının yekdil mövqeyidir. Xalqımız bu yöndə aparılan siyasəti dəstəkləyir”. Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
Onun sözlərinə görə, hər bir vətəndaşın arzusudur ki, sərhədlərimiz bütövləşsin, işğalçılar torpaqlarımızdan qovulsun, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtsın və bununla da ərazi bütövlüyümüzün tamlığı fonunda həyat normal ritmə düşsün: “Əgər beynəlxalq təşkilatlar və dövlətlər bizə hansısa tövsiyə vermək istəyirlərsə, əvvəlcə 26 illik atəşkəs dönəmində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hansı addımlar atdıqlarını desinlər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə icra olundumu? Xeyr. Azərbaycan 30 ilə yaxın səbr etdi. Bu müddətdə üzləşdiyi haqsızlığa baxmayaraq, danışıqlar masasında əyləşdi. Ölkəmiz erməni işğalı nəticəsində humanitar fəlakətlə qarşılaşanda, mədəni-tarixi abidələrimiz dağıdılanda, Dağlıq Qarabağda qanunsuz məskunlaşma siyasəti aparılanda həmin beynəlxalq təşkilatlara və dövlətlərə israrla müraciət etdik. Çox təəssüf ki, heç kim bizi eşitmək istəmədi, heç bir tədbir görülmədi. Bundan sonra Azərbaycan o zaman masa arxasında əyləşməlidir ki, işğalçılar torpaqlarımızdan çıxsınlar. Dağlıq Qarabağda yaşayan etnik erməni icması Azərbaycan Konstitusiyasını, vətəndaşlığını qəbul edəcəksə, dövlətimiz onlara bütün təminatı verəcək. bunlar baş verməyənə qədər hərbi əməliyyatlar dayanmamalıdır. Əks təqdirdə, yenə də danışıqlar başlasa, uzanacaq. Əgər bir ölkənin başçısı “Qarabağ Ermənistandır” deyirsə, dövlət sərhəddində yerləşən Tovuza hücum edirsə, demək ki, danışıqlara getməyəcək. Bizə bir yol qalır ki, torpaqları işğaldan azad edək. Bəzən deyirlər ki, müharibə ölüm, fəlakət gətirir. Onsuz da, bu hallar var. Torpaqlarımız işğal olunandan bu günə kimi öz yurdlarını itirən yüzminlərlə soydaşımız mənəvi-psixoloji sarsıntılar keçirir, atəşkəs elan olunmasına baxmayaraq, xeyli sayda hərbçilərimiz şəhid olub. Biz bu məsələni birdəfəlik həll etməliyik ki, gələcək nəsillər təhlükəsiz yaşasın”.
Bu məsələdə siyasi partiyaların mövqeyinə gəlincə, İqbal Ağazadə deyib ki, Vətənin bütövlüyü uğrunda mübarizədə siyasi maraqlar ola bilməz: “Bütün siyasi partiyalar, QHT-lər, vətəndaşlar mövqeyindən asılı olmayaraq bu gün özünü əsgər hesab edir. Ümid Partiyasının sədri kimi mən və bütün üzvlərimiz əsgər funksiyasını yerinə yetiririk. Döyüşdə əsgər kimi, arxa cəbhədə təbliğatçı kimi bu vəzifəni yerinə yetirməyə hazırıq. Bu, bizim şüarımızdır. Kimsə düşünməsin ki, müharibə uzanarsa, başqa vəziyyət yarana bilər. Xeyr. İstəyimiz odur ki, müharibə dayanmasın və bütün torpaqlar işğaldan azad olunsun. Bu yolda hər birimiz əsgərik”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

