Fərəc Quliyev: Bütün dünya bilməlidir ki, Azərbaycan Prezidentini dəstəkləyirik
02.10.2020 [09:25]
“Azərbaycan dövlətinin əks-həmlə ilə torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatlara başlaması çox doğrudur. İndiki zamanda qəti mövqenin ortaya qoyulması çox mühümdür. Başlanmış əməliyyatları bir sıra müstəvidə qiymətləndirmək olar. Birincisi, Ermənistan günahı Azərbaycanın üzərinə atmaq istəyir ki, guya biz atəşkəsi pozmuşuq. Halbuki, 2019-cu ildə Ermənistanın müdafiə naziri elan etdi ki, yeni ərazilər uğrunda yeni müharibəyə başlayacağıq. Bu, onların siyasi doktrinası idi”. Bu fikirləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Fərəc Quliyev bildirib ki, ermənilər məqsədli şəkildə hərbi təxribatlar törədirdilər. İyul ayında Dağlıq Qarabağdan kənarda yerləşən Tovuz rayonuna hücum bunu təsdiqləyir. Həmin ərəfədə isə onlara xarici ölkələrdən xeyli silah verildi. Bu onu göstərir ki, Ermənistan tərəfi əvvəlcədən hücuma hazırlaşıb. “Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırdı ki, Ermənistan yeni müharibəyə hazırlaşır və çağırış etdi ki, bunun qarşısı alınsın. Eyni zamanda, BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı dövlətimizin başçısı təklif etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün yeni qrafik hazırlansın. Amma beynəlxalq birlik tərəfindən susqunluq nümayiş olundu. Artıq sentyabrın 27-də Ermənistan dinc əhalini təhdid edən hücumlara başladı, dağıntılar, itkilər oldu. Bu qətliamın qarşısını almaq üçün bizi təhdid edən bu vəziyyəti aradan qaldırmağa Azərbaycan məcbur idi. Ona görə də, əks-hücum əməliyyatı başlandı. Cenevrə Konvensiyasına görə, hər bir dövlət qarşılaşdığı təhdidləri zərərsizləşdirmək hüququna malikdir. Azərbaycan öz vətəndaşlarını qorumağa çalışır”.
Azərbaycanın 30 ildir ki, səbr etdiyini deyən partiya sədrinin sözlərinə görə, 2016-cı ildə hərbi əməliyyatlar başlananda beynəlxalq vasitəçilər münaqişənin dinc yolla həllinə çalışacaqlarını söylədilər. Amma heç bir tədbir görmədilər. Üstəlik, Paşinyan Azərbaycan ərazisinə gəlib “Qarabağ Ermənistandır” deyir. Bununla da o, danışıqları pozdu. Yenə beynəlxalq birlik heç bir ölçü götürmədi. Ona görə də Azərbaycanın başqa çıxış yolu qalmadı.
F.Quliyev qeyd edib ki, BMT Nizamnaməsinə əsasən təcavüzkara qarşı tədbir görülməli olduğu halda Ermənistana qarşı heç bir ölçü götürülmür, sanksiyalar tətbiq olunmur: “Bu məsələdə cənab Prezidentin ortaya qoyduğu iradə milli iradədir. Bu mövqeni siyasi partiyalar dəstəkləyir. Hamımız dövlətin arxasında dayanmalıyıq, məsələ köklü şəkildə həll olunmalıdır. Çünki beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir. 50 siyasi partiyanın birgə bəyanatına qoşulmuşuq. Eyni zamanda, biz partiya olaraq ayrıca bəyanat da vermişik. Üzvlərimiz döyüşə gedir. Bütün dünya bilməlidir ki, Azərbaycan Prezidentini dəstəkləyirik. Azərbaycan haqlıdır və qələbə bizimdir!”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

