/ / Əlisahib Hüseynov: Ali Baş Komandanın qətiyyəti və ordumuzun döyüş əzmi Ermənistan rəhbərliyinin bütün işğalçılıq planlarını alt-üst edib
Əlisahib Hüseynov: Ali Baş Komandanın qətiyyəti və ordumuzun döyüş əzmi Ermənistan rəhbərliyinin bütün işğalçılıq planlarını alt-üst edib
02.10.2020 [09:24]
“Məlum olduğu kimi, Azərbaycan sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hücumuna məruz qalıb. Azərbaycan Ordusu erməni təxribatlarına son qoymaq məqsədilə əks-hücuma keçməyə məcbur olub”. Bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin BMT tribunasından bəyan etdiyi kimi, işğalçı ölkənin rəhbərliyi son aylarda davamlı şəkildə müharibəyə hazırlaşırdı, məhz bunun nəticəsi olaraq Ermənistan silahlı qüvvələri gah münaqişə zonasında, gah da Azərbaycan-Ermənistan dövlət sərhədində tez-tez müxtəlif təxribatlar törədir, silahlı toqquşmalara şərait yaradırdı.
Partiya sədri vurğulayıb ki, ordumuzun döyüş uğurları ilk növbədə Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir: “Milli Həmrəylik Partiyası olaraq Ali Baş Komandanın yürütdüyü siyasəti və keçirilən uğurlu döyüş əməliyyatlarını yüksək qiymətləndiririk. Qeyd edim ki, bu, bizim ərazi bütövlüyümüzün bərpası uğrunda apardığımız mübarizədir. Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı döyüş nailiyyətləri onu deməyə əsas verir ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Çünki ordumuzun döyüş əzmi, savaş ruhu kifayət qədər yüksəkdir. Bütövlükdə, Ali Baş Komandanın qətiyyəti və ordumuzun döyüş əzmi Ermənistan rəhbərliyinin bütün işğalçılıq planlarını alt-üst edib”.
Hazırda Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi olduğunu qeyd edən Ə.Hüseynov bildirib ki, vətəndaşlar dövlətimizə, ordumuza dəstək verirlər: “Bu gün ordu ilə xalq arasında sarsılmaz vəhdət mövcuddur. Ölkənin əksər siyasi partiyaları ilk gündən Ali Baş Komandanımızın və ordumuzun yanında yer alıblar. Məlum oldu ki, ölkəmiz üçün taleyüklü məsələlərdə siyasi partiyalar siyasi və ideoloji fərqləri bir kənara qoyub iqtidarla, dövlətlə bir araya gəlməyə, birlik nümayiş etdirməyə qadirdir. Xüsusi qürur hissi ilə bildirmək istəyirəm ki, sözügedən birgə bəyanatı imzalayan 50 partiyanın arasında biz də varıq. Radikal müxalifət partiyalarının bu bəyanatı imzalamaması isə onların düşmən dəyirmanına su tökdüklərini bir daha sübut edib”.
Ə.Hüseynov deyib ki, indiki məqamda milli həmrəyliyin təmin olunmasında ölkədə siyasi dialoqun genişləndirilməsi amilini də xüsusi qeyd etmək lazımdır: “Məhz hazırkı situasiyada ölkədə milli həmrəylik mühitinin formalaşmasında 2020-ci ilin əvvəlindən daha da dərinləşən siyasi dialoq prosesinin rolunu yüksək qiymətləndirirəm. Bütün bu uğurlar, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsidir. Təsadüfi deyil ki, bu gün ölkəmiz düşmən təxribatı ilə üz-üzə qalanda həm siyasi partiyalar, həm də QHT-lər dövlətin, dövlət başçısının və ordumuzun yanında yer aldılar”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

