/ / Tural Abbaslı: Milli həmrəylik mühitinin təmin olunmasında son vaxtlar aparılan siyasi dialoq böyük rol oynayıb
Tural Abbaslı: Milli həmrəylik mühitinin təmin olunmasında son vaxtlar aparılan siyasi dialoq böyük rol oynayıb
30.09.2020 [08:45]
“Söhbət Azərbaycanın ərazi bütövlüyündən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən gedirsə, bu zaman istər iqtidar, istərsə də müxalifət partiyası olsun, fərqli yanaşma sərgiləmək olmaz. Əksər siyasi partiyaların indiki məqamda eyni mövqedən çıxış etməsi çox sevindirici haldır. Təsadüfi deyil ki, milli birliyə və həmrəyliyə töhfə vermək üçün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya eyni mövqedən çıxış edərək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat qəbul edib. Həmin siyasi qüvvələr torpaqlarımızın azad edilməsi istiqamətində görülən tədbirlər zamanı dövlətin, Ali Baş Komandanın yanında olduğunu bildiriblər”.
Bunu qəzetimizə açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı deyib.
T.Abbaslının sözlərinə görə, son günlər dövlətin, Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi istiqamətində atdığı bütün addımları onun rəhbərlik etdiyi partiya da birmənalı olaraq dəstəkləyir: “Ali Baş Komandanın müvafiq tapşırıqlarını, həmçinin bizim şanlı ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatları alqışlayırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması naminə atılan bütün addımlara dəstək veririk. Eyni zamanda, ərazilərimizin işğaldan azad olunması yönündə üzərimizə düşən bütün vəzifələri icra etməyə hazırıq”.
“İndiki dövrdə cəmiyyətdə milli həmrəyliyin nümayiş etdirilməsi müsbət haldır. AĞ Partiya olaraq bizim yanaşmamız belədir ki, hazırkı məqamda siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın işğaldan azad edilməsi, Vətənin təhlükəsizliyi əsas məsələlər olmalıdır. Biz bu mövqeyi doğru hesab etdiyimiz üçün digər partiyalardan oxşar yanaşma gözləyirik. Kimlərsə milli həmrəylik çağırışlarına qoşulmursa, başqa addım atırsa, onlar xalqın qarşısında cavab verəcək. Həmin addımlar sonradan analiz olunacaq, xalq da öz qiymətini verəcək. İndi əsas diqqət ordumuza dəstək tədbirlərinə, Dağlıq Qarabağa, torpaqların azad olunmasına yönəldilməlidir”, - deyə T.Abbaslı vurğulayıb.
Partiya sədri deyib ki, siyasi partiyaların birgə mövqedən çıxış etməsində, cəmiyyətin bütün təbəqələrinin milli həmrəylik nümayiş etdirməsində son dövrlər başlanan siyasi dialoqun rolu çox böyükdür: “Tovuz hadisələri zamanı da ordumuza, dövlətimizə dəstək üçün 50-yə yaxın partiya yekdil mövqedən çıxış etmişdi, indi də eyni mənzərənin şahidi olduq. Milli həmrəylik mühitinin təmin olunmasında son vaxtlar aparılan siyasi dialoq böyük rol oynayıb. Bunu cari ilin əvvəlində hakimiyyətin təşəbbüsü ilə bütün siyasi qüvvələrlə dialoqun başlanmasının, həmçinin tərəflər arasında səmərəli ünsiyyətin qurulması və müzakirələrin aparılmasının nəticəsi kimi qiymətləndirmək olar. Ümumiyyətlə, ölkə daxilində siyasi həmrəylik mühitinin mövcud olması dövlətə və dövlətçiliyə xidmət edir. Həmin dialoqun nəticəsidir ki, xalqımız üçün mühüm məqamlarda birgə bəyanatlar qəbul olunur, ordumuza, dövlətimizə, cəmiyyətimizə pozitiv mesajlar verilir. Ordumuzun işğal edilmiş torpaqları tam azad etdikdən sonra dialoq prosesinin davam etdirilməsinə və bu yöndə yeni uğurlar əldə olunmasına ümid edirik”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

