/ / Tahir Kərimli: Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti cəmiyyətin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaradıb
Tahir Kərimli: Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti cəmiyyətin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaradıb
29.09.2020 [09:17]
“Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaradıb. Biz də Vəhdət Partiyası olaraq işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü qətiyyətli siyasəti birmənalı olaraq dəstəkləyirik”.
Bu fikirləri qəzetimizə açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli səsləndirib.
T.Kərimli deyib ki, Azərbaycan Ordusu tərəfindən işğalçılara layiqli cavab verilməsi ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar kimi, Vəhdət Partiyası təmsilçilərini də sevindirir: “Sentyabrın 27-də səhər Vəhdət Partiyasının ali rəhbərliyinin toplantısı baş tutub. Ermənistanın növbəti təxribatı ilə bağlı qəbul etdiyimiz bəyanatda dövlətimizi, Ali Baş Komandanın qətiyyətli mövqeyini tam dəstəklədiyimizi qeyd etmişik. Milli birliyə və həmrəyliyə töhfə vermək üçün Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın birgə bəyanatına da imza atmışıq”.
Tahir Kərimlinin sözlərinə görə, o, təkcə partiya sədri kimi yox, sıravi Azərbaycan vətəndaşı kimi də Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi yönündə yürütdüyü siyasətin uğurla nəticələnəcəyinə böyük inam bəsləyir: “Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti cəmiyyətin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaradıb”.
T.Kərimli hazırkı situasiyada cəmiyyətimiz, o cümlədən siyasi partiyaların təmsilçiləri tərəfindən milli həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb: “Əksər siyasi partiyalar, cəmiyyətimizin bütün təmsilçiləri torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə Ali Baş Komandanın əmrinə müntəzirdir. İstər təmsil etdiyim bölgədəki seçicilərim, istər Bakıdakı, istərsə də cəbhəyanı bölgələrdəki vətəndaşlarımız olsun, bütün Azərbaycan əhalisi arasında vahid mövqe və ruh yüksəkliyi var”.
T.Kərimlinin sözlərinə görə, Prezident İlham Əliyevin son illərdə apardığı islahatlar kursuna uyğun olaraq ölkədə fəaliyyət göstərən siyasi qüvvələrlə, həmçinin qeyri-hökumət təşkilatları ilə dialoqun genişləndirilməsi milli həmrəyliyin gücləndirilməsində də öz effektini göstərir: “Həmin təşəbbüs Azərbaycanda siyasi qüvvələr tərəfindən təqdir olunur. Siyasi dialoq prosesinin nəticəsi olaraq, ölkədə fəaliyyət göstərən əksər partiyalar siyasi aktivlik nümayiş etdirir. İndiki məqamda siyasi partiya, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin yekdillik nümayiş etdirməsi də həmin islahatların cəmiyyətdə dialoqun dərinləşdiriliməsində, milli həmrəyliyin gücləndirilməsində mühüm rol oynadığını bir daha göstərdi”.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52

