/ / Hikmət Babaoğlu: Tofiq Yaqublunun həbsi ətrafında sosial şəbəkələr və internet resurslarında siyasi manipulyasiyalara cəhd edilməsi nə hüquqi mədəniyyət, nə də siyasi etika baxımından məqbul hesab edilə bilməz
Hikmət Babaoğlu: Tofiq Yaqublunun həbsi ətrafında sosial şəbəkələr və internet resurslarında siyasi manipulyasiyalara cəhd edilməsi nə hüquqi mədəniyyət, nə də siyasi etika baxımından məqbul hesab edilə bilməz
17.09.2020 [09:45]
“Tofiq Yaqublunun həbsi ətrafında sosial şəbəkələr və internet resurslarında siyasi manipulyasiyalara cəhd edilməsi nə hüquqi mədəniyyət, nə də siyasi etika baxımından məqbul hesab edilə bilməz. Nəticə etibarilə, ortada konkret hüquq pozuntusu hadisəsi var və istənilən hüquqi dövlətdə belə hallarda eyni cəza mexanizmləri tətbiq olunur. Ona görə də hüququn siyasiləşdirlməsi də doğru deyil”. Bu fikirləri yap.org.az saytına “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının həyatı qiymətlidir, kiminsə haqsız olaraq həbs edilməsi heç bir halda heç kimin marağında ola bilməz. Hazırda Tofiq Yaqublunun səhhəti və bundan sonrakı məhkəmə proseduru ilə bağlı məsələlər ən çox iqtidar mənsublarının diqqət mərkəzindədir və cəzanın yüngülləşdirilməsi, yaxud hüququn daha humanist qaydada tətbiqi yolları axtarılmaqdadır.
Millət vəkili qeyd edib ki, nəticəni isə, şübhəsiz, yenə hüquq özü müəyyən edəcək: “Ölkəmizdə cinayət hüququnun humanistləşdirilməsi siyasəti hüquqi islahatların əsas istiqamətlərindən biridir. Ona görə də Apellyasiya Məhkəməsinin verəcəyi qərarı gözləmək indiki halda ən doğru mövqe olardı”.
“Digər məsələlərə gəldikdə isə, şübhəsiz ki, Tofiq Yaqublunun mövcud şərtlər içərisində hüquqlarının qorunması, səhhəti ilə bağlı məsələlərin daim həkim nəzarəti altında olması, vəkilləri və ailə üzvləri ilə görüşməsi, həkiminin tövsiyə etdiyi müalicə müəssisəsinə köçürülməsi kimi məsələlərin hamısı təmin edilib. İctimaiyyət nümayəndələri, yerli insan hüquq müdafiəçiləri, müxtəlif partiya rəhbərləri, qeyri-hökumət təşkilatları, eyni zamanda, millət vəkilləri və ictimai fəallar Tofiq Yaqublunun sağlamlığı və mənəvi-psixoloji durumu nəzərə alınmaqla onun cəzasının yüngülləşdirilməsi ilə əlaqədar müvafiq səlahiyyətli qurumlara və Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər. Əminəm ki, Tofiq Yaqubluya münasibətdə ən humanist qərar qəbul ediləcək. Bir daha qeyd etmək istəyirəm ki, heç bir vətəndaşın taleyinə hakimiyyət əsla biganə qalmır, hər bir vətəndaşın həyatı onun üçün olduqca qiymətlidir. Ona görə də əgər kimlərsə bu hadisəni istismar edib, siyasiləşdirib, təzyiq vasitəsinə çevirib ondan bir siyasi dividend əldə edəcəklərini düşünürlərsə, tamamilə yanlış yolda olduqlarını qısa müddətdən sonra yəqin edəcəklər”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22

