Təcavüzkar Ermənistanın müharibə cinayətləri davam edir
17.09.2020 [09:28]
Ekspertlərin qeyd etdikləri kimi, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır
Məlum olduğu kimi, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağda yerləşdirilməsi faktları artıq təsdiqlənir. Artıq onların Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayılıb. Qeyd etmək lazımdır ki, 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu köçürməni həyata keçirməkdə Ermənistanın əsas məqsədi Azərbaycanın işğal olunmuş ətraf rayonlarının etnik strukturunu, demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir. Bununla yanaşı, Ermənistanın Suriya və Livandan işğal olunmuş Azərbaycan torpaqlarına köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə etməsi əsas məqsədlərdəndir. Ümumiyyətlə, beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən zəbt olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir.
Öz növbəsində, məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib ki, Livan ermənilərinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürülməsi işğalçı Ermənistanın məkrli planının bir hissəsidir. Onun sözlərinə görə, təcavüzkar qonşularımız tarixən işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma, eləcə də demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməklə bugünkü faşist ideologiyasına xidmət edən dövləti yaradıb.
“Təəssüf ki, bu gün Azərbaycanın tarixi ərazilərini Ermənistanın işğal etməsi, daha sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması cəhdi dünya ictimaiyyətinin gözü önündə baş verir. Bugünkü reallığı əks etdirən faktları görməyən, daha doğrusu, görmək istəməyən beynəlxalq təşkilatlar işğalçı Ermənistanın “başına sığal çəkmək”lə məşğuldurlar. Erməni əhalisinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyi işğalçı dövlətin rəhbərliyi tərəfindən rəsmən bildirilməsinə baxmayaraq, beynəlxalq təşkilatlar əməli addımlar atmırlar”, - deyə P.Kərimzadə bildirib.
Deputatın sözlərinə görə, Livanın paytaxtı Beyrutda baş verən partlayışdan, habelə insanların fəlakətlərindən, faciələrindən istifadə edərək qeyri-qanuni məskunlaşdırma strategiyasını həyata keçirən Ermənistan hökuməti məsuliyyətə cəlb edilməlidir.
Məsələyə münasibət bildirən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə qeyd edib ki, Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir və Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən yararlanır: “Ermənistan rəhbərliyi bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ bölgəsində və ətraf yeddi rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət kimi dəyərləndirib. Artıq Livandakı bir neçə erməni ailəsi bölgədə, xüsusilə Şuşa şəhərində yerləşdirilib”.
A.Mirzəyev deyib ki, Ermənistanın uzun illərdir, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməsi beynəlxalq hüquqa ziddir: “Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb. Ermənilərin qanunsuz məskunlaşdırılması Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin bir hissəsidir. Məskunlaşdırma və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.
Ekspertin sözlərinə görə, dünya birliyi mütləq şəkildə təcavüzkarın təxribatçı əməllərini pisləməli, beynəlxalq qanunları pozduğuna görə onu cəzalandırmalıdır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

