/ / Erməni vandalizminin bariz nümunəsi, yaxud bəşər sivilizasiyasına qarşı törədilən cinayət əməlləri
Erməni vandalizminin bariz nümunəsi, yaxud bəşər sivilizasiyasına qarşı törədilən cinayət əməlləri
11.09.2020 [09:44]
Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, dini-mədəni abidələrin dağıdılması işğalçı ölkənin təcavüzkar mahiyyətini nümayiş etdirir
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi, dini və mədəni abidələrimizdir. İşğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə yeksan olunub, həmçinin maddi və mənəvi sərvətlərimiz olan bu abidələrin özününküləşdirilməsi cəhdləri edilib.
İşğal altında olan Azərbaycan ərazilərində dünya mədəniyyəti incilərindən olan çoxsaylı dövlət və yerli əhəmiyyətli abidə dağıdılıb, talan edilib
İnkaredilməz həqiqətdir ki, Ermənistan 1992-1993-cü illərdə Azərbaycanın ərazisinin 20 faizini işğal etdikdən sonra qeyri-qanuni olaraq respublikamızın daşınmaz tarix və mədəniyyət abidələrinin memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlayıb, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silib, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. Bu ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparır, xaraba qalmış kəndlərdə kilsələr tikir, toponimləri dəyişdirir, Azərbaycanın maddi-mədəniyyət nümunələrini mənimsəməyə çalışırlar.
Məlumata əsasən, bütövlükdə, işğal altında olan Azərbaycan ərazilərində dünya mədəniyyəti incilərindən olan, həmçinin dövlət və yerli əhəmiyyətli çoxsaylı abidə dağıdılıb, talan edilib. Bundan başqa, işğal olunmuş ərazilərdə bir çox eksponatın saxlandığı muzeylər, eləcə də kitabxanalar, klublar, teatrlar, konsert salonları, istirahət və mədəniyyət parkları, incəsənət qalereyaları, musiqi məktəbləri, minlərlə musiqi aləti və sair qiymətli mal-material dağıdılıb və ya mənimsənilib.
Tarixi abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq hüquq normalarına, müvafiq konvensiyaların tələblərinə ziddir
Təcavüzkar ölkənin vandalizminə qarşı beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamə və qərarların olmasına baxmayaraq, buna məhəl qoyulmur. Ümumiyyətlə, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.
Əlbəttə, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib, bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, cinayət əməlidir. Bütövlükdə isə, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, dini-mədəni abidələrin dağıdılması erməni vandalizminin bariz nümunəsidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

