Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir
10.09.2020 [09:12]
Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə uyğun olaraq qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalıdır
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli Azərbaycan Respublikası üçün prioritet təşkil edir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe sərgiləyir: münaqişə mütləq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Azərbaycanın uğurlu xarici siyasətinin qanunauyğun nəticəsi kimi, ölkəmizin ədalətli və haqlı mövqeyi beynəlxalq səviyyədə dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Buna baxmayaraq, düşmənin iyul ayında Tovuz istiqamətində hücum cəhdi və digər təxribatçı hərəkətləri bir daha təsdiqləyir ki, işğalçı Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların uğurla nəticələnməsində maraqlı deyil.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Könül Nurullayeva deyib ki, Ermənistanın sərhəddə və təmas xəttində atəşkəs rejimini son dövrlər mütəmadi olaraq pozması işğalçı ölkənin təxribat planlarının aktual olduğunu göstərir. Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə təxribat xarakterli səfərləri, könüllü hərbi dəstələrin yaradılması cəhdləri, eləcə də müharibəyə hazırlıq barədə çağırışlar açıq şəkildə münaqişə ətrafında gərginliyi artırmağa hesablanıb.
K.Nurullayeva bildirib ki, işğalçıların bütün cəhdlərinə baxmayaraq, regionda güc balansı Azərbaycanın lehinədir: “Bu gün regionda iqtisadi-siyasi sahədə olduğu kimi, hərbi sahədə də vəziyyət Azərbaycanın xeyrinədir. 2016-cı ilin Aprel döyüşlərində, həmçinin Tovuz təxribatı zamanı Azərbaycan Ordusu öz qüdrətini həm düşmənə, həm də dünyaya göstərdi. Eyni zamanda, cəmiyyətimizin orduya dəstəyi vacib məqamlardan biridir. Bir sözlə, Ermənistanın istər diplomatik, istərsə də hərbi müstəvidə törətdiyi təxribatlar işğalçının öz əleyhinə işləyir”.
“Azərbaycan regionda sabitləşdirici amil kimi mövqeyini möhkəmləndirir, lakin ərazi bütövlüyü məsələsində hər hansı güzəştdən söhbət gedə bilməz. Rəsmi Bakının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi prinsipial və aydındır. Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə uyğun olaraq, qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalıdır”, - deyə K.Nurullayeva əlavə edib.
Məsələ ilə bağlı fikirlərini bölüşən “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin təsisçisi Ramiz Əliyev isə deyib ki, “Madrid prinsipləri”ndən imtina barədə bəyanat və açıqlamalar Ermənistanın sülh tərəfdarı olmadığını göstərir: “ATƏT-in Minsk qrupunun formatında danışıqlar prosesinin bazası sayılan “Madrid prinsipləri” ilə bağlı açıqlamalar ilk növbədə həmsədrlərin fəaliyyətini şübhə altına almaqdır”.
R.Əliyev deyib ki, N.Paşinyanın işğal edilmiş Dağlıq Qarabağa son səfərindən dərhal sonra separatçıların başçısı Araik Arutyunyan erməniləri müharibəyə hazırlaşmağa çağırması rəsmi İrəvanın “sifarişi” əsasında atılan addımdır: “A.Arutunyanın vaxtilə Gəncəni vurmaqla hədələməsi kimi, müharibəyə çağırış barədə son çəfəng açıqlamaları da qondarma rejimin başçısının Ermənistan rəhbərliyindən aldığı tapşırıqların əsasında əl atdığı növbəti təxribatdır”.
Ermənistanda hərbi könüllü dəstələrin yaradılması cəhdlərinə də münasibət bildirən R.Əliyev qeyd edib ki, “Müdafiə haqqında” qanuna dəyişikliklərin ictimai müzakirəyə çıxarılmasını Paşinyan rejiminin növbəti “şousu” kimi də dəyərləndirmək olar: “Çünki əslində indiki məqamda Ermənistan cəmiyyətində könüllü ordu yaratmaq üçün münbit zəmin mövcud deyil. İşğalçı ölkədə nə insan resursu, nə də vətənpərvərlik ruhu mövcuddur. Bu cəhd sadəcə Azərbaycanın hər keçən gün güclənən və müasirləşən Silahlı Qüvvələrinin xofu qarşısında işğalçıların uğursuz cəhdlərindən biridir”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

