/ / Milli Məclisin Sədri Şəmkirdən ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə onlayn görüş keçirib
Milli Məclisin Sədri Şəmkirdən ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə onlayn görüş keçirib
08.09.2020 [09:59]
Milli Məclisin Sədri Sahibə Qafarova deputat seçildiyi Şəmkir rayonundan ali təhsil müəssisələrinə cari ildə keçirilmiş qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib. Bu barədə AZƏRTAC-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Abituriyentləri əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edən Milli Məclisin Sədri qeyd edib ki, müdavimlərin qazandıqları bu yüksək nailiyyətlər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, təhsil sahəsində reallaşdırılan tədbirlərin parlaq nəticələridir. “Bu nailiyyət, həmçinin sizin illərlə çəkdiyiniz əziyyətin, əzmkarlığınızın nümunəsidir. Eyni zamanda, sizin yaxşı təhsil almağınız, ali məktəblərə qəbul olunmağınız üçün zəhməti olan, sizə qayğı göstərən, sizi öyrədən müəllimlərinizin əməyinin bəhrəsidir. Təbii ki, valideynləriniz maddi və mənəvi olaraq fədakarlıqlar ediblər və düşünürəm ki, bu nailiyyətinizdən haqlı olaraq qürur hissi keçirirlər”.
Sahibə Qafarova vurğulayıb ki, müasir dövrdə hər bir ölkənin və xalqın inkişafı bir sıra mühüm amillərlə yanaşı, gənclərin ümumi inkişaf səviyyəsindən asılıdır və gənclər cəmiyyətin fəal təbəqəsidir: “Gənclərimiz fəaldırlar, dəyişən dünyanın yeni çağırışları ilə ayaqlaşmağa qadirdirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev də hər zaman çıxışlarında gənclərimizin rolunu çox yüksək qiymətləndirir. Ölkəmizdə gənclərə geniş imkanlar yaradılır, onlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Gənclərlə bağlı davamlı olaraq dövlət proqramları həyata keçirilir. Gənc nəslin yaxşı təhsil alması üçün yüksək səviyyədə imkanlar təmin edilir. Bu gün gənclər yüksək vəzifələrə təyin edilir. Sevinirəm ki, Şəmkir rayonunda da gənclərimiz həyatın ən müxtəlif sahələrində fəallıq göstərir, rayonda həyata keçirilən işlərə dəstək verirlər”.
Spiker vurğulayıb ki, bu gün gənclərimizin öz üzərində çalışıb, yüksək təhsil almaları, bilikli, bacarıqlı kadrlar kimi yetişib xalqımıza, dövlətimizə xidmət etmələri üçün çox böyük imkanlar var. “Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycanda təhsilin inkişafı dövlətimizin əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Ölkəmizdə təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətini xüsusilə qeyd etməliyik. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töhfələr verir. İnanıram ki, siz gənclər, bu imkanlardan uğurla yararlanaraq yaxşı təhsil alacaqsınız”, - deyə Sahibə Qafarova bildirib.
Milli Məclisin Sədri qeyd edib ki, yaxşı təhsil, bilik və savadla yanaşı, gənclərin vətənpərvərlik hisslərinin daha da güclənməsi, dövlətimizə, xalqımıza sədaqətli olması çox vacibdir. O, abituriyentlərə seçəcəkləri ixtisaslar üzrə biliklərə dərindən yiyələnməyi tövsiyə edərək əlavə edib ki, hər bir gəncimiz xarici dilləri də öyrənməyə maraq göstərməlidir. Müasir və qabaqcıl texnologiyaları mənimsəməli, bu imkanlardan faydalanmağı bacarmalıyıq: “Yaxşı təhsil almaqla yanaşı, ictimai həyatda da fəal olun. Bu gün Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb. Könüllülər həyatımızın ən müxtəlif sahələrində fəallıq göstərərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər. Gələcəkdə sizin də bu istiqamətdə fəal olmağınızı arzulayıram. Çünki gənclər təşəbbüskardır, onlar yeni ideyalarla çıxış edirlər. Hesab edirəm ki, təşəbbüskar, savadlı, bilikli, vətənpərvər gənclər ordusu ölkəmizi irəli apara bilər”.
Sonda Sahibə Qafarova yüksək nəticə əldə etmiş abituriyentləri bir daha təbrik edərək onlara gələcək təhsil həyatında uğurlar arzulayıb.
Çıxış edən abituriyentlər bu görüşün onların həyatında çox əlamətdar bir hadisə olduğunu vurğulayaraq, gələcəkdə ən yüksək səviyyədə təhsil alaraq, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək üçün bacarıqlı mütəxəssislər kimi yetişmək üçün çalışacaqlarını bildiriblər.
Görüşdə çıxış edən valideynlərdən Ağasani Məmmədov və Vüsalə Həsənova belə bir görüşün təşkili üçün minnətdarlıqlarını ifadə edərək ölkə gənclərinin yüksək nailiyyətlər əldə etməsi üçün yaradılan əlverişli şəraitə, gənclərə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

