/ / Avropa Şurasının rəhbərliyinə Ermənistanın işğal etdiyi ərazilərdə sudan ekoloji terror vasitəsi kimi istifadə etməsinə dair məktub ünvanlanıb
Avropa Şurasının rəhbərliyinə Ermənistanın işğal etdiyi ərazilərdə sudan ekoloji terror vasitəsi kimi istifadə etməsinə dair məktub ünvanlanıb
05.09.2020 [08:28]
Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edilməsini daha da gücləndirir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Şurasının rəhbərliyinə Ermənistanın bu məkrli siyasətini ifşa edən məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda Ermənistanın işğalı altında olan yuxarı Qarabağ bölgəsindən axan çayların qarşısını məqsədli şəkildə süni bəndlərlə kəsməsi, eləcə də Sərsəng su anbarından aşağı Qarabağ istiqamətində qanunsuz kanalların inşa edilməsi məsələləri öz əksini tapıb.
Vurğulanıb ki, təcavüzkar Ermənistan su resurslarını təzyiq vasitəsi kimi istifadə edərək çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz etmişdir. Belə ki, qış aylarında xüsusilə Sərsəng su bəndinin qarşısı açılaraq, təsərrüfata yararlı torpaqlar süni sellə eroziyaya məruz qoyulur. Yay aylarında - təsərrüfat suyuna ehtiyacın ən çox olduğu dövrdə təcavüzkar Ermənistan suyun qarşısını kəsərək süni quraqlıq yaradır və beləliklə, kənd təsərrüfatına, eləcə də flora və faunaya ciddi zərbə vurur.
Məktubda Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il “Çıraqovlar və digərləri Ermənistana qarşı” məhkəmə işinin yekun qərarına və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı il tarixli, 2085 saylı “Cəbhə bölgələrindəki azərbaycanlı əhali sudan məqsədli şəkildə məhrum edilir” başlıqlı qətnaməsinə istinad edilərək, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozması ifşa edilib.
Son olaraq məktubda AŞPA baş verənləri yaxından izləməyə, eləcə də Ermənistanın bütün bölgəni humanitar və ekoloji fəlakətə aparan bu məkrli davranışlarına dərhal son qoyması üçün təxirəsalınmaz addımlar atmağa çağırılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45

