ABŞ, əsl soyqırım budur - Xocalı!
10.03.2010 [10:32]
Xəbər verdiyimiz kimi, ötən həftənin sonlarında ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin səsverməsi keçirilib və “əleyhinə” 22, “lehinə” 23 nəfər səs verməklə layihə qəbul olunub. Mübaliğəsiz, bu hadisəni ABŞ tarixinin ən böyük qalmaqallarından biri saymaq olar. çünki bu addımın ABŞ prizmasından normal məntiqli izahı yoxdur. Ən azından ona görə ki, bu qərarın qəbul olunmasında nə Birləşmiş Ştatların və amerikan xalqının milli maraqları, nə mövcud beynəlxalq geosiyasi durum, nə də diplomatik qaydalar nəzərə alınıb. Komitənin bu qərarı, eyni zamanda, ABŞ-ın onsuz da İraqda və Əfqanıstanda apardığı izaholunmayan müharibələrdən sonra ciddi zədə almış beynəlxalq imici üçün növbəti arzuolunmaz zərbə oldu. Artıq bütün dünya ABŞ demokratiyasının, bu ölkənin insan haqları ilə bağlı mövqeyinin, “ədalətinin” əsl mahiyyətini gördü. Tarixdə sübutu və təsdiqi olmayan, yaşanıb-yaşanmadığı mübahisə doğuran, saxtalaşdırılmış tarixin, uydurma, yalan, iftira dolu iddiaların bir dövlətin, həm də ABŞ kimi dünyanın güc mərkəzlərindən biri olan dövlətin siyasi gündəmində yer alması, bununla bağlı dövlət qanununun qəbul olunması yəqin ki, demokratiya adlandırıla bilməz. Görünür, Birləşmiş Ştatların demokratiya anlayışı bir ovuc erməni lobbisinin əlində oyuncaqdan başqa bir şey deyil. Budurmu demokratiya, budurmu ABŞ-ın insan haqlarına hörməti?...
Komitənin bu məlum layihəni müzakirəyə çıxarmasından cəmi bir neçə gün öncə Azərbaycan tarixinə qanla yazılmış bir qətliamın-soyqırımının 18-ci ildönümünü yaşadıq. Bu gün ABŞ-ın məzlum bilib çətiri altına aldığı barbar, vəhşi ermənilərin törətdikləri Xocalı soyqırımının ildönümü bütün dünyada qeyd olundu. O soyqırımın ki, öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu çox azdır. 1992-ci ilin fevral ayının 25-26-da ruslara məxsus 366-cı alayın köməyi ilə cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst oldu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldılar. 150 nəfərin taleyi hələ də məlum deyil. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edildi, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olundu. Bütün bunları guya Vaşinqtonda bilmirlərmi? Doğrudanmı tarixi saxtalaşdıranlara dəstək verən və bu prosesdə birbaşa iştirak edən ABŞ konqresmenləri cəmi 18 il öncə yaşanmış bu soyqırımdan, özü də real faktlarla sübuta yetirilmiş, bu hadisələrdən xəbərsizdirlər? Təbii ki, bütün bunlara yalnız sadəlövh insanlar inana bilərlər. Bəs onda niyə, saxta, qondarma məlumatları qanun halına salan ABŞ konqresmenləri cəmi bir neçə il əvvəl baş vermiş əsl soyqırımı tanımaq adına bir addım belə atmaq istəmir? Əgər onlara həqiqəti araşdırmaq, tarixi həqiqətlərin dəyərləndirilməsini təmin etmək lazımdırsa, buyursunlar, Xocalıda baş verənlərdən böyük həqiqət ola bilməz. Məsələ həqiqətən də tarixi ədalətsizliyin qarşısını almaqdırsa və ABŞ bu missiyanı öz üzərinə götürübsə, onda Xocalıda baş vermiş soyqırıma qarşı bu cür ədalətsizliyə görə, kim cavab verməlidir? Bəlkə, ABŞ hesab edir ki, bu məsələnin ona aidiyyəti yoxdur?
Bu sualları sadalamaq, onların sı
ralarını genişləndirmək mümkündür. çünki bu suallara ABŞ-ın özü də cavab vermək istəmir və verməyəcək də. ABŞ dünyanın müxtəlif ölkələrində baş vermiş həqiqi soyqırım faktlarına göz yumduğu, ədalətini əsirgədiyi halda ermənilərin uydurduğu yalanlara qarşı “ədalət” göstərir. çünki Xocalıda ermənilərin vəhşiliklə və xüsusi amansızlıqlarla qətlə yetirdiyi insanlar da müsəlmanlardır, türklərdir, bu gün qondarma faktlarla ittiham olunanlar da. Deməli, ABŞ demokratiyasının, ədalətinin də əsl mahiyyəti bundan ibarətdir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17

