Azərbaycanda dəyəri 6 milyard dollar olan neft layihəsinə sanksiya verilib
10.03.2010 [10:34]
Dövlət Neft Şirkəti (ARDNŞ) və “BP-Azərbaycan” şirkəti dünən çıraq Neft Layihəsinə (çNL) sanksiya verilməsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və “BP-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir imzalayıblar. Rövnəq Abdullayev bildirib ki, çıraq Neft Layihəsinə sanksiya verilməsi respublikamızın neft strategiyasının yeni mərhələyə qədəm qoymasının əyani təzahürü hesab oluna bilər. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının zənginləşərək yeni mərhələdə daha da inkişaf etdiyini bildirən R.Abdullayev, Azərbaycanın xarici neft kampaniyaları ilə əməkdaşlığının dərinləşdirdiyini qeyd edib. Respublikamızda 14 ölkəyə məxsus 24 neft şirkətinin fəaliyyət göstərdiyini və son 15 ildə Azərbaycanın neft sektoruna 38 milyard dollar həcmində investisiya qoyulduğunu xatırladan ARDNŞ rəhbəri xarici kampaniyaların yeni sərmayə proqramları üzərində çalışdığını diqqətə çatdırıb.
Rövnəq Abdullayev daha sonra, Azərbaycanla sıx və uzunmüddətli əməkdaşlıq münasibətlərinə malik olan BP şirkəti ilə ARDNŞ-in birgə layihələri intensivləşdirmək qərarına gəldiyini də qeyd edib. Onun fikrincə, BP Xəzər akvatoriyasında yeni layihələrin istismarı üçün axtarış-kəşfiyyat işlərini daha da intensivləşdirib. çıraq Neft Layihəsi də məhz “BP-Azərbaycan” şirkəti ilə ARDNŞ-in həyata keçirəcəyi birgə layihənin ən mühüm komponenti hesab olunur. Eyni zamanda, çNL dəyərinə görə, ən böyük sərmayə layihəsidir. Rövnəq Abdullayev bildirib ki, yeni saziş “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən işlərin məntiqi davamı sayıla bilər. 6 milyard dollar dəyərində olan bu layihə çərçivəsində “çıraq” yatağından əlavə olaraq 360 milyon barel neft hasil olunacaq. Belə ki, “BP-Azərbaycan” “Azəri-çıraq-Günəşli” (AçG) yatağından hasil etdiyi neftlə bərabər, Dövlət Neft Şirkəti ilə birgə böyük həcmdə neftin hasilatı ilə məşğul olacaq. Onu da xatırladaq ki, indiyədək neft sektoruna yatırılmış 38 milyard dollar sərmayənin 20 milyardı AçG layihəsinin payına düşür. Bu o deməkdir ki, “Azəri-çıraq-Günəşli”nin bir komponenti olan “çıraq” yatağı da sərmayədarlar üçün mühüm əhəmiyyət daşıyır və yeni layihəyə start verilməsi də bunu təsdiq edir. R.Abdullayevin fikrincə, yeni layihəyə sanksiya verilməsi ölkəmizin dünya neft bazarında əsas təchizatçılardan biri kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olacaq.
“BP-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir bildirib ki, “çıraq” Neft Layihəsi üzrə işlər həyata keçirilərkən “Azəri-çıraq-Günəşli”də əldə olunmuş zəngin təcrübə və nailiyyətlərə istinad olunacaq. Hazırda AçG yatağından gün ərzində 850 min barel neft istehsal olunur və çıraq layihəsi istismara veriləndən sonra neft hasilatı gündəlik 1 milyon bareli ötəcək. Rəşid Cavanşir bildirib ki, çıraq Neft Layihəsi üzrə neftin hasilatı 2013-cü ilin sonlarında mümkün olacaq. 2014-cü ildə Azərbaycan ümumilikdə, “Azəri-çıraq-Günəşli” yatağından sutkada 1 milyon 100 min barelə yaxın neft hasil edəcək. Yeri gəlmişkən, layihə təkcə neft hasilatını nəzərdə tutmur, çNL üzrə səmt qazının da çıxarılması planlaşdırılır. Belə ki, çıraq yatağından həftə ərzində ən azı 6,4 milyon kubmetr qaz hasil olunacaq.
Layihənin tərəfdaşları 2013-cü ilin IV rübünə qədər dənizdə qazma qurğusunun, platformanın və ən son texnologiyaların quraşdırılmasını başa çatdırmağı nəzərdə tutur. Yeni layihə Xəzər akvatoriyasında neft hasilatı zamanı indiyədək istifadə olunmamış avadanlıqlar və texnologiyaların tətbiqi ilə də fərqlənəcək. Layihə həyata keçirilərkən yerli şirkətlərin, o cümlədən, “Azfen”, “Tekfen”, “Xəzərdənizdonanma”nın potensial imkanlarından və subpodrat şirkətlərin gücündən istifadə olunacaq. ümumiyyətlə, layihə ilə bağlı işlərə 50-dən artıq yerli şirkət cəlb olunacaq. Bu isə ölkəmizdə yeni iş yerlərinin yaradılması ilə bağlı siyasətə öz töhfəsini vermiş olacaq. ümumiyyətlə, çNL üzrə 1800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxTurizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28

