Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Misirin informasiya agentliyi Azərbaycan Prezidentinin modul tipli növbəti hospitalın açılışındakı çıxışını yayıb

Misirin informasiya agentliyi Azərbaycan Prezidentinin modul tipli növbəti hospitalın açılışındakı çıxışını yayıb

02.09.2020 [09:14]

Misirin “Asiaelyoum” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin modul tipli növbəti hospitalın açılışında videoformatda iştirakı haqqında xəbəri və onun çıxışını yayıb.
AZƏRTAC-ın materiallarına istinadla yayılan xəbərdə misirli oxuculara dövlətimizin başçısının çıxışında yer almış Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilir. Qeyd edilir ki, Prezident İlham Əliyev hazırda COVID xəstələri üçün 46 xəstəxananın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilib. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb, həmçinin ölkədə 900 mindən çox test keçirilib.

Paylaş:
Baxılıb: 386 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31