Düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır
29.08.2020 [00:36]
Ekspertlərin fikrincə, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi düşmənin işğalçılıq siyasətinin növbəti təzahürüdür
Məlum olduğu kimi, avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində qanunsuz olaraq yaradılmış silahlı birləşmələrin tərkibində xidmət keçən Q.Alaverdyanın Azərbaycanın hərbi qulluqçularına, ölkənin müəssisə, idarə və təşkilatlarına yönələn diversiya hərəkətləri, habelə digər cinayətlər törətməsinə əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, uzun illərdir, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan zaman-zaman hərbi təxribatlara əl atır, təmas xəttində, eləcə də dövlət sərhədimizdə atəşkəsi pozur, dinc əhaliyə qarşı silah işlədir. Təbii ki, düşmənin bütün təxribatları onun məğlubiyyəti və çoxsaylı itkiləri ilə müşayiət olunur.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi düşmənin işğalçılıq siyasətinin növbəti təzahürüdür: “Bu təxribat bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi özünün çirkin niyyətindən əl çəkmir. Belə ki, hələ ötən ay Ermənistanın növbəti təxribatının qarşısı ordumuz tərəfindən alınıb. Amma baş verənlər onu göstərir ki, düşmən Tovuz istiqamətində gedən döyüşlərdəki məğlubiyyətindən nəticə çıxarmayıb”.
Deputatın sözlərinə görə, son təxribat onu göstərir ki, düşmən cəbhə bölgəsində məqsədli şəkildə gərginlik yaratmaq istəyir: “Görünür, Ermənistan rəhbərliyi diqqəti daxildəki ictimai-siyasi və sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir. Buna baxmayaraq, düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən hər dəfə qətiyyətlə alınır. Çünki Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün təxribatlarına cavab verməyə qadirdir”.
Ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə isə bildirib ki, son hadisədə düşmənin diversiya-kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib: “Ermənistanın diversiya-təxribat qrupunda yaralanan və ölənlərin olduğu deyilsə də, düşmən məlumatı təkzib edir. Üstəlik, Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, guya erməni zabiti azaraq Azərbaycan Ordusunun mövqelərinə keçib. Əslində bu, Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir”.
Ə.Qəni-zadə bildirib ki, mahiyyət etibarilə sabotaj, diversiya və terror xarakterli uğursuz əməliyyatın əsas hədəfi Azərbaycan Ordusunun bölmələrinin kazarmaları və şəxsi heyəti olub: “Lakin bölmələrimizin ayıq-sayıqlığı, şəxsi heyətin peşəkarlığı nəticəsində düşmənin təxribatının qarşısı alınıb, erməni hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur olublar. Düşmən tərəfdən yaralanan və ölənlərin olduğu bildirilsə də, Ermənistan hakimiyyəti 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı olduğu kimi, yenə də döyüş itkiləri və yaralananlar barədə məlumatı gizlətməyə çalışır”.
“Ermənistanın ombudsmanı A.Tatoyan isə tutulan kəşfiyyatçının hüquqlarının pozulduğunu iddia edib. Belə bir iddianı irəli sürən Tatoyan məhz Ermənistan tərəfinin Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozaraq Dilqəm Əsgərova, Şahbaz Quliyevə, o cümlədən bu günədək əsir və girov götürülmüş digər azərbaycanlılara vəhşicəsinə işgəncələr verilməsi barədə də danışsaydı, daha obyektiv olardı”, - deyə Ə.Qəni-zadə bildirib.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

