Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mane olan mənfi faktordur
05.03.2010 [10:03]
Cənubi Qafqaz strateji baxımdan dünyanın ən önəmli bölgələrindən biridir. Təsadüfi deyil ki, dünya siyasətinin və beynəlxalq münasibətlər sisteminin əsas meyillərini yönləndirən güc mərkəzləri bu bölgəni özlərinin uzunmüddətli strateji planlarına daxil ediblər. Geostrateji planlarda və nəzəriyyələrdə “heartland” (dünyanın qəlbi-idarəetmə mərkəzi) adlandırılan Avrasiya materikində hakim mövqeyə sahib olmaq üçün qlobal aktorlar digər önəmli bölgələrdə olduğu kimi, Cənubi Qafqazda da uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaq və geniş əhatəli inteqrasiya proseslərini milli maraqlarına müvafiq qayda da sürətləndirmək üçün fundamental addımlar atmağa çalışırlar. Bu baxımdan, qlobal güclərin geosiyasi və geoiqtisadi maraqlarının kəsişdiyi və toqquşduğu bir məkan kimi Cənubi Qafqazda uzunmüddətli sabitliyin və tərəfdaşlığın hökm sürməsinə mane olan mənfi faktorların, tendensiyaların neytrallaşdırılmasına xüsusi ehtiyac var. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı təcavüzkar, təhdid xarakterli addımların atılması, separatçılığa dəstək verilməsi, birtərəfli qaydada hər hansı bir dövlətə qarşı müxtəlif xarakterli təzyiqlərin edilməsi (buraya psixoloji müharibə, müxtəlif dövlətlərin diplomatik nümayəndələrinin “persona non-qrata” elan edilməsi, kütləvi deportasiya siyasətinin həyata keçirilməsi və s. hallar aid edilir-N.Q.) bu kimi mənfi tendensiyalara daxildir. Məsələyə məhz bu baxımdan yanaşdıqda tərəddüdsüz qeyd etmək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biridir. Ona görə də, bu problemin həlli beynəlxalq təhlükəsizliyin, hətta qlobal güclərin milli maraqlarının diktə etdiyi zəruri bir amildir...
Avropa Xalq Partiyasının (European People Party-EOP) prezidenti Vilfred Martinsi qəbul edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov da bu məqama diqqət çəkərək qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərtdir: “Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərtdir”.
Bəli, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq meyillərini reallaşdırmaq qeyri-mümkündür. Onun üçün zərurətdir ki, BMT başda olmaqla, öz fəaliyyətində sülh və sabitlik amilini fundamental prinsip kimi qəbul edən dünyanın aparıcı təşkilatları münaqişənin ədalətli qaydada həllinə xüsusi töhfələr versinlər, işğalçı dövlətə qarşı effektiv islahedici metodlardan istifadə etsinlər. Əks təqdirdə, Cənubi Qafqaz yeni müharibələr və qarşıdurmalar meydanına çevrilə bilər. Bu isə istər regional, istərsə də qlobal mənada heç bir dövlət tərəfindən arzuolunan hal hesab edilmir. Separatizm və kəskin qarşıdurmaların fonunda ortaya çıxan 2008-ci ilin avqust hadisələri-Rusiya-Gürcüstan müharibəsi deyilən fikri təsdiqləyən ən güclü dəlillərdən biridir. Qısacası, bütün beynəlxalq sənədlərdə ən yüksək səviyyədə qəbul edilən dövlətlərin ərazi bütövlüyü prinsipinə müvafiq qaydada Dağlıq Qarabağ probleminin həlli yönündə xüsusi və intensiv addımlar atılmalıdır...
Əlbəttə, Azərbaycan bu prosesdə öz üzərinə düşən bütün vəzifələri ən yüksək səviyyədə yerinə yetirməyə hazırdır. Hələlik sülh yoluna-diplomatik danışıqlara üstünlük verən Azərbaycan beynəlxalq hüquq normalarının diktə etdiyi səviyyədə bütün resurslarından istifadə etməkdədir. Amma dinc vasitələrin səmərə vermədiyi məqamda ölkəmiz hərbi metoda əl atmaq hüququna da malikdir. Bu, ölkəmizin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali hüququdur. Danışıqlar prosesində əsas götürülən ATƏT-in Helsinki Yekun Aktında bu kimi hallarda silahlı qüvvələrdən istifadə hüququ məhz bu cür tanınır: “Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər”.
Yekun olaraq qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməli və ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir. Bu, Cənubi Qafqaz kimi önəmli bir məkanda siyasi-iqtisadi prosesləri və durumu tarazlaşdırmaqla yanaşı, uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin də formalaşmasına və inkişafına təkan vermiş olacaq.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

